Prezidentin Mətbuat Xidmətinin məlumatı

 

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, Prezident Lukaşenkonun ötən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə edilən razılaşmaların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barədə danışıblar.

Dövlətimizin başçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə şəxsən Prezident Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib, bu addımı qanunun aliliyi beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Aleksandr Lukaşenko minnətdarlığa görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

Azərbaycan.- 2017.- 9 fevral.- S.1.