Fransanın bir neçə departamentində
“ASAN xidmət”in səyyar
avtobusları tətbiq
olunur
Fevralın 8-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri
üzrə Dövlət
katibi, hökumətin
üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlət başçısı
İlham Əliyev
Jean-Vincent Plasenin Azərbaycana
səfərinin ölkəmizlə
yaxından tanışlıq
üçün yaxşı
fürsət yaradacağına
və keçiriləcək
görüşlərin əlaqələrimizin
inkişafı baxımından
maraqlı olacağına
əminliyini ifadə etdi.
Fransa Respublikasının
Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri
üzrə Dövlət
katibi, hökumətin
üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan hökumətinin
üzvləri və eləcə də ölkəmizin müxtəlif
iqtisadi qurumlarının
rəhbərləri ilə
keçirəcəyi görüşlərdən
danışdı. Bakıda
Fransız liseyi, Fransa-Azərbaycan Universiteti
və “Ağ şəhər”lə tanış olacağını
deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan
əməkdaşlığından məmnunluğunu ifadə
etdi. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən
işlərlə də
yaxından tanış
olmaq arzusunu bildirdi.
Görüşdə
“ASAN xidmət”in uğurlu fəaliyyətindən
və bu sahədə əməkdaşlıq
imkanlarından danışıldı, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq
olunduğu vurğulandı, Azərbaycan
ilə birlikdə Fransanın bu xidmətin
Afrika ölkələrində tətbiqi
ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2017.- 9 fevral.- S.2.