“Azərbaycanı kəşf et” kitabının ikinci nəşrində ölkəmizin tarixindən və müasir həyatından bəhs edilir

 

Böyük Britaniyanın “Senate” nəşriyyatının hazırladığı “Azərbaycanı kəşf et” kitabının ikinci buraxılışı işıq üzü görüb. Kitabda Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbiəti və idman sahəsində əldə etdiyi uğurlardan ətraflı bəhs olunur. Layihənin rəhbərləri Lord Devid Evans və Rəfiqə Hüseynzadədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın nailiyyətlərinə həsr olunan kitab Prezident İlham Əliyevin müsahibəsi ilə açılır. “Azərbaycan: qlobal səhnədə oynadığı fəal rol” adlı müsahibədə dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyat, sosial və mədəniyyət sahələrində əldə etdiyi uğurlardan, iqtisadiyyatın şaxələndirilməsindən, idmanın ölkəmizin həm daxili inkişafında, həmçinin beynəlxalq mövqeyinin gücləndirilməsində oynadığı mühüm roldan ətraflı söhbət açıb. Prezident İlham Əliyev qeyd edib ki, müstəqilliyin bərpasından sonra milli dövlət quruculuğu prosesi heçasan getməyib: erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı, vətəndaş müharibəsi təhlükəsi milli suverenliyimiz üçün ciddi təhdid yaratmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həmin təhlükəli proseslər dayandırıldı, ölkəmiz tədricən sabitlikdinamik inkişaf dövrünə qədəm qoydu. Demokratik dövlət modelinin tətbiqi, neft strategiyasının həyata keçirilməsi, transmilli enerji layihələrinin icrası, eyni zamanda, güclü liberal iqtisadiyyatın qurulması, uğurlu daxilixarici siyasət Azərbaycanın beynəlxalq aləmin layiqli üzvü olmasına şərait yaradan əsas amillərdir. Dövlətimizin başçısı vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi transmilli layihələr isə ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, qlobal iqtisadisiyasi əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb. Regionların inkişafı üzrə həyata keçirilən dövlət proqramlarından söhbət açan Prezident İlham Əliyev bildirib ki, bütün bu səylər nəticəsində son 10 ildə iqtisadiyyat üç dəfə artıb, işsizliyinyoxsulluğun səviyyəsi 5 faizə enib, sosial-iqtisadi infrastruktur bərpa olunub.

Dövlətimizin başçısı, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında mühüm rolundan, ölkəmizdə əlverişli investisiya mühitinin formalaşmasından, habelə respublikamızın mötəbər qlobal tədbirlərə, o cümlədən ilk Avropa Oyunlarına, Formula-1 yarışlarına, Dünya Şahmat Olimpiadasına uğurla ev sahibliyi etməsindən danışıb.

Kitabın “Ənənənin müasirliklə qovuşduğu məkan” sərlövhəli bölməsində Azərbaycanın Cənubi Qafqazda ən böyük dövlət olduğu, regionun iqtisadiyyatına mühüm töhfə verdiyi bildirilir. Qeyd olunur ki, əlverişli coğrafi mövqeyi sayəsində Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün Şərq-Qərb enerji dəhlizində əsas aktordur, bununla da Avropanın enerji tələbatının ödənilməsinə töhfə verir. Həmin bölmədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs olunur, erməni işğalçılarının torpaqlarımızı zəbt etdiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır. Bu bölmədə, həmçinin “Odlar yurdukimi tanınan Azərbaycanın şanlı tarixindən və zəngin mədəni irsindən, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət festivallarından, incəsənət sərgilərindən bəhs edilir.

Bugünkü Azərbaycanın mənşəyi” adlı bölmədə ölkəmizin qədim tarixindən danışılır, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin 70 ilə yaxın bir müddətdə Sovet İttifaqının tərkibində olduğu dövr barədə ətraflı məlumat verilir. Həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasından əvvəl və sonra respublikaya rəhbərlik etdiyi dövrlərdə gördüyü taleyüklü işlərdən, misilsiz xidmətlərindən danışılır.

Kitabdakı digər bölmə “Mədəniyyətlərin kəsişməsi” adlanır. Burada Azərbaycan mədəniyyətindən, xüsusən zəngin musiqisindən söz açılır. Həmçinin XXI əsrdə də böyük rəğbətlə qarşılanan qədim Azərbaycan muğamının 2003-cü ildə UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğu diqqətə çatdırılır. Bu bölmədə dünyanın müasir memarlıq incilərindən biri sayılan Heydər Əliyev Mərkəzi, habelə Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Filarmoniyası, Müasir İncəsənət Muzeyi barədə geniş məlumat verilir.

Avropa üçün ilk” adlı bölmə Bakı-2015 birinci Avropa Oyunlarına həsr olunub. Bu bölmədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müsahibəsi təqdim edilir. Müsahibədə birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, bu mötəbər tədbirin ölkəmizin qədim və zəngin mədəni irsinin dünyaya tanıdılmasında oynadığı roldan bəhs edir, Oyunlarla bağlı xoş xatirələrini bölüşür. Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fondunun Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına verdiyi töhfələrdən danışır.

Rioda Olimpiya uğurları - 2016” bölməsində isə Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarında qazandıqları parlaq qələbələr, Tokioda keçiriləcək növbəti Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilir.

Kitabda, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə müsahibə yer alır. Müsahibədə SOCAR-ın fəaliyyəti və gələcək planları barədə danışılır.

Azərbaycanın müasir simasından, turizm imkanlarından, milli mətbəxindən, ölkədə yaradılan müasir idman infrastrukturundan bəhs edən məqalələr çoxsaylı fotoşəkillərlə müşayiət olunur. Kitabın tərtibatında AZƏRTAC-ın fotolarından da istifadə edilib.

 

Azərbaycan.- 2017.- 9 fevral.- S.7.