Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun
"Hərbi xidmətlərə görə" medalı ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilsinlər:
Salmanov Səxavət
İbrahim oğlu - general-mayor
Əsgərli Yunis Sabir oğlu - polkovnik
Mahmudov Qəşəm
Fərzalı oğlu - polkovnik
Tağıyev Eldar İsgəndər oğlu - polkovnik
Ədilov Rövşən
Həsən oğlu - polkovnik-leytenant
Məmmədov İlham
Aydın oğlu - polkovnik-leytenant
Məmmədov Kənan
Eldar oğlu - polkovnik-leytenant
Rüstəmov Xanlar Kamran oğlu - polkovnik-leytenant
Heybətov Nizami Mikayıl oğlu - mayor
Məmmədov Fərman
Sabir oğlu - mayor
Heydərov Lətif Hüseyn oğlu - kapitan.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 fevral 2017-ci il
Azərbaycan.- 2017.- 10 fevral.- S.2.