Komitə sədri Səudiyyə Ərəbistanı Krallığında keçirilən konfransda çıxış edib

 

Fevralın 8-9-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci nazirlər konfransı keçirilib. Konfransİslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutubu dəyərlərin qorunması” mövzusuna həsr olunub. Səudiyyə Ərəbistanı Əmək və Sosial İnkişaf Nazirliyinin insan hüquqları komitəsinin İƏT ilə birlikdə təşkil etdiyi konfransa quruma üzv 56 ölkədən nümayəndə heyəti iştirak edib. Tədbirin açılışında konfransın keçirilməsi ilə bağlı yaradılan Büronun sədri Səudiyyə Ərəbistanı Krallığı, sədr müavini isə Azərbaycan Respublikası seçilib.

Konfransda İslamda ailə dəyərlərinə münasibət, qadın hüquqlarının müdafiəsi, Ərəb, AsiyaAfrika ölkələrində ailə institutunun üzləşdiyi problemlər ətrafında müzakirələr aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komitənin sədri Hicran Hüseynova çıxış edərək, ailə dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi, ölkəmizdə ailəyə verilən qiymət və bu sahədə aparılan dövlət siyasəti haqqında məlumatları diqqətə çatdırıb.

H.Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İlielan etdiyini qeyd edib və əlavə edib ki, paytaxt Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi Azərbaycanın İslam dünyasının həmrəyliyinə verilən əhəmiyyətin bariz nümunəsidir.

Komitə sədri bildirib ki, hər bir xalqın öz ailə modeli vardır. Ailə üzvləri arasında səmimi əlaqələr, yaşlı nəslin nümayəndələrinə hörmət və valideyn-uşaq münasibətlərinin düzgün formalaşması Azərbaycan ailəsinin əsas dəyərlərindəndir. O, dövlət siyasətinin əsas istiqamətlərindən birinin ailə olduğunu qeyd edərək bildirib ki, bu gün ölkəmizdə gənc ailələrin, qaçqın və məcburi köçkün ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması prioritetlər sırasındadı. Əsrlər boyu Azərbaycan ailə modelinin dəyərləri qorunub saxlanılır. Ailə institutuna ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edən Hicran Hüseynova bu istiqamətdə həyata keçirilən tədbirləri və imzalanan mühüm sənədləri, qanunları, eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İslam dəyərlərinin və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu vurğulayan komitə sədri bildirib ki, Fond təhsil, səhiyyə, ailə və sosial məsələlər kimi sahələrdə kampaniyaların və layihələrin artırılması üçün böyük miqyaslı maarifləndirmə tədbirləri həyata keçirir.

Konfransda ailə problemləri üzrə nazirlər, komitə sədrləri, hökumət üzvləri, beynəlxalq və regional təşkilatların nümayəndələri İƏT-ə üzv ölkələrdə nikah və ailə institutunun gücləndirilməsi, dəyərlərin qorunması sahəsində göstərilən təşəbbüslər, davamlı inkişafın hədəflərinin həyata keçirilməsində ailənin rolu, qadına qarşı zorakılıq halları ilə mübarizə və digər məsələləri müzakirə ediblər.

 

Azərbaycan.- 2017.- 10 fevral.- S. 5.