“Azərbaycan Respublikası ilə Gürcüstan
arasında dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə Dövlət Komissiyası
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə
Gürcüstan arasında dövlət sərhədinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6,
maddə 373; 2005, ¹ 6, maddə 496; 2012, ¹ 4, maddə 379) 1-ci hissəsi
ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi
aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın
sədri
Xələf Xələfov - Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin
müavini
Fərhad Tağı-zadə - Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın
üzvləri:
Rauf Hacıyev - Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Oruc Zalov - Azərbaycan
Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov - Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini
Elbrus Orucov - Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin
müavini - Əməliyyat Baş
İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci
müavini
İslam Rzayev - Balakən Rayon
İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin
başçısı
Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı
Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin
başçısı
Məhərrəm Quliyev - Ağstafa Rayon İcra
Hakimiyyətinin başçısı
Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin
başçısı
Alı Qocayev - Samux Rayon İcra
Hakimiyyətinin başçısı
Elçin Nəsibov - Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin
inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev - Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi,
torpaqların monitorinqi və geodeziya şöbəsinin
müdiri”.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi
ilə edilən dəyişikliklər barədə
Gürcüstan tərəfinə bildiriş göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
9 fevral 2017-ci il
Azərbaycan.-
2017.- 11 fevral.- S.3.