Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə 532, ¹ 8, maddə 618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə 610, ¹ 8, maddə 717, ¹ 9, maddə 770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə 787; 2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr 1321, 1339; 2014, ¹ 2, maddə 122, ¹ 9, maddələr 1027, 1062; 2015, ¹ 2, maddə 121, ¹ 5, maddələr 521, 543, ¹ 9, maddə 989; 2016, ¹ 2 (II kitab), maddə 228, ¹ 3, maddə 470, ¹ 5, maddələr 869, 879, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1643, ¹ 11, maddə 1816) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.2.6-cı yarımbənddən “, o cümlədən elektron viza” sözləri çıxarılsın.

2. 10-cu hissənin birinci abzasına “sistemi ilə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Vizasistemi ilə” sözləri əlavə edilsin.

3. 10.2.2.19-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.3-cü bənd əlavə edilsin:

“10.3. “ASAN Vizasistemi ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

10.3.1. sistemə təqdim olunan məlumatlar:

10.3.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti;

10.3.1.2. elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi haqqında;

10.3.2. sistem tərəfindən təmin olunan məlumatlar:

10.3.2.1. əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar məhdudiyyətlər haqqında;

10.3.2.2. əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması Azərbaycan Respublikasının ərazisini tərk etməsi haqqında.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 11 fevral.- S.3.