Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”ni Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə 254, ¹ 4, maddə 377; 2014, ¹ 2, maddə 117, ¹ 5, maddə 486, ¹ 9, maddələr 1027, 1044, 1048; 2015, ¹ 6, maddə 708, ¹ 8, maddə 917, ¹ 10, maddə 1122; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 5, maddə 852, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.12-2-ci yarımbənd əlavə edilsin:
“3.1.12-2. operatoru olduğu informasiya sistemlərinin təşkilini, idarə olunmasını və inkişafını təmin etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral
2017-ci il
Azərbaycan.-
2017.- 11 fevral.- S.3.