İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən
Ruhaniyə
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – İslam İnqilabının
Qələbəsi Günü
münasibətilə Sizə
və Sizin simanızda bütün xalqınıza şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ölkələrimiz arasındakı münasibətlər
tarixən dostluq və mehriban qonşuluq şəraitində
yaşamış xalqlarımızın
iradəsindən və
ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır. İnanıram ki, dövlətlərarası
münasibətlərimizin daim
möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində
əməkdaşlığımızın
səmərəli şəkildə
davam etdirilməsi üçün bundan sonra da birgə
səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 8 fevral 2017-ci il.
Azərbaycan.- 2017.-11 fevral.- S.3.