Novruzun ilk müjdəçisi -
Yalançı çərşənbə
Kiçik Çillənin onuncu günü “Xızırilləz günləri”nin başlanması “Dönüş nöqtəsi” sayılmışdır. Əcdadlarımız inanmışlar ki, artıq bu günlərdən havalar mülayimləşməyə başlayır.
Bəzi
rayonlarımızda yalançı çərşənbələr
qeyd olunur.
Yalançı çərşənbə doğurçu
çərşənbənin gəlişinə zəmin
hazırlayır, Novruzun vaxtına az
qaldığını göstərir. Qarabağ
zonasında ilk çərşənbə
“Xəbərçi” adı ilə də tanınır. Bəzi bölgələrimizdə bu
çərşənbə “Qoduğ
qırxdı çərşənbə”, “Çəkər
çərşənbə”, “Küllü
çərşənbə”, “Toz çərşənbə”
də adlanır.Novruzun ilk müjdəçisi
Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən
oyanmağa başlayır. Beləliklə
də, insanlar Yalançı çərşənbə
ayinlərini keçirirlər, amma bu ayinlərin sayı çox
deyil. Bu çərşənbəni
qeyd edən insanlar
günəş qürub edərkən alovu gur olmayan tonqallar
qalayırlar. Bu tonqallar
gur alışmasın deyə saman və küləşdən düzəldilir.
Tonqalın qalanması əcdadlarımızın inancından
doğaraq “torpağın
qızdırılması” məqsədini
daşıyır. Lakin sonrakı dörd
çərşənbəyə nisbətən
Yalançı çərşənbə sakit
keçirilir, süfrələr xüsusi olaraq bəzədilmir,
inanca söykənən hər hansı bir ayin icra
edilmir.
Azərbaycan.- 2017.- 14 fevral.- S.8.