Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət təkmilləşdirilir

 

Milli Məclisin iclasında

 

Fevralın 14-də Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyində olan 6 məsələ müzakirəyə çıxarıldı. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl cari məsələlərlə bağlı deputatlara çıxış üçün söz verdi. Azay Quliyev, Məlahət İbrahimqızı, Əli Məsimli, Azər Badamov, Fazil Mustafa, Fərəc Quliyev və Aydın Mirzəzadə müxtəlif məsələlər barədə fikirlərini səsləndirdilər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Prezident İlham Əliyevin fevralın 6-da Brüsselə səfəri zamanı Avropa İttifaqının strukturlarına rəhbərlik edən şəxslərlə görüşünü yüksək qiymətləndirdi. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ötən ilin aprel döyüşlərindən sonra Ermənistanda yaranan çaxnaşma, iqtisadi tənəzzül və yarıtmaz xarici siyasət barədə danışdı.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Səsverməyə çıxarılan Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında birinci məsələyə əsasən deputat Jalə Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü seçildi.

Növbəti məsələ “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” idi. Məruzəni Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim etdi. Onun sözlərinə görə, 2016-cı ildə bələdiyyələr ölkəmizdə geniş vüsət alan quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekolojibaşqa layihələrin, regional inkişaf proqramlarının həyata keçirilməsində mühüm rol oynayıb. 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Konstitusiyaya əlavə edilmiş 1461-cı maddədə bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyətin müəyyən edilməsi çox önəmlidir. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə-iqtisadi potensialının gücləndirilməsi məqsədilə bir sıra başqa normativ hüquqi aktlar da qəbul edilib.

Qeyd edildi ki, 2016-cı ildə Ədliyyə Nazirliyi tərəfindən 62.228 bələdiyyə aktı ekspertiza edilmişdir (2015-ci illə müqayisədə 5,6% çox olmuşdur). Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2.257 bələdiyyə aktı ekspertizadan keçirilmişdir. Ədliyyə orqanlarının təklifləri əsasında bələdiyyələr tərəfindən 833 akt ləğv edilmiş, 559 akt dəyişdirilmişdir. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 28 iddia qaldırılmışdır. Onlardan 10-u təmin edilmiş, 18-nə isə baxılmaqdadır. Həyata keçirilən tədbirlər nəticəsində il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 8.359 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyə mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Onlardan 7.816 ha qanunsuz icarəyə, 205 ha qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

Bildirildi ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında verilməməsinə görə inzibati xəta haqqında 156 protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, 132 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. 27 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmışdır. Onlardan 18-də daha ciddi qanun pozuntuları aşkar edilərək materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Bütövlükdə istintaq orqanları tərəfindən 12 fakt üzrə cinayət işi başlanılmış, 1 cinayət işi barədə məhkəmə hökmü çıxarılmışdır. İnzibati araşdırma materialları əsasən torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlıdır.

İnzibati araşdırma nəticəsində Bakı şəhəri SabunçuQala bələdiyyələrində, Abşeron rayonu Qobu bələdiyyəsində, Qusar rayonu Samur bələdiyyəsində, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində, Şamaxı rayonunun II Cabanı, Keçməddin və digər bələdiyyələrdə daha ciddi qanun pozuntuları aşkar edilmişdir.

Hüquq pozuntularının qarşısını almaq məqsədilə geniş maarifçilik tədbirləri həyata keçirilmişdir. Bu məqsədlə ölkə üzrə 190 seminar, 19 təlim və 25 kurs keçirilmişdir. Bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədilə metodik vəsaitlər, tövsiyələr hazırlanıb paylanılmış və başqa tədbirlər həyata keçirilmişdir.

Ötən il yerli özünüidarəetmə orqanları ilə sahəsində maarifçilik tədbirlərində bələdiyyələrin milli assosiasiyaları fəal iştirak etmişlər. Onların təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda “Bələdiyyə təşəbbüs qrupu” və “Bələdiyyə təşviqat qrupu” yaradılmış, həmçinin 31 oktyabr - 6 noyabr tarixdə “Yerli demokratiya həftəsi”, 14-15 noyabr tarixdə isə Şəmkir şəhərində “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məruzədə bir çox vacib mətləblərin yer almadığını bildirdi. Müzakirələr zamanı depuatlar Fazil Mustafa, Elmira Axundova, Əli Məsimli, Fərəc Quliyev, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Çingiz Qənizadə, Kamran Bayramov, Fəzail İbrahimliAdil Əliyev məruzənin hazırlanmasına müsbət rəy verməklə yanaşı, bələdiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində bəzi təkliflər səsləndirdilər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bələdiyyələrin say və tərkibinin azaldılmasının zəruri olduğunu bildirdi, həmçinin kiçik ərazilərə nəzarət edən bələdiyyələrin birləşdirilməsini məqsədəuyğun saydı.

Vilayət Zahirov qeyd edilən sual və fikirlərə münasibət bildirdikdən sonra illik məruzə səsə qoyularaq nəzərə alındı.

* * *

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verərək bildirdi ki, ölkədə sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik edilir, həmin torpaqların icarəçiyə verilmə müddəti 1 ildən 49 ilədək artırılır.

Deputatlar bu dəyişikliyi məqsədəuyğun saydılar və qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə bildirdi ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında tətbiq olunan hazırkı cərimələr kifayət etmir. Bunu nəzərə alaraq qanunvericilikdə dəyişiklik aparılması və həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədəuyğun sayılıb.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 596-cı maddəsinə təklif olunan bu dəyişikliyə razılıq verdi.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ikinci oxunuşda müzakirəyə çıxarılmış “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsini təqdim edərək birinci oxunuşdan sonra layihənin təkmilləşdirilmiş variantı barədə ətraflı məlumat verdi. Yeni hazırlanan qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fizikihüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirəyə başlandı. Deputatlar Fazil Mustafa, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Əflatun Amaşov, Elmira Axundova, Xanhüseyn Kazımlı, Azay Quliyev, Siyavuş Novruzov layihə ilə bağlı rəy və təkliflərini bildirdilər. Sənədin mükəmməl hazırlandığı qeyd olundu.

Ziyafət Əsgərov deputatların səsləndirdikləri suallara aydınlıq gətirdikdən sonra 5 fəsil 27 maddədən ibarət qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyularaq ikinciüçüncü oxunuşlarda qəbul edildi.

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə ikinci oxunuşda plenar iclasın müzakirəsinə təqdim olunmuş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ətraflı şərh etdi. Bildirdi ki, 5 fəsil 25 maddədən ibarət olan bu qanun layihəsi birinci oxunuşdan sonra deputatların rəy və təklifləri nəzərə alınaraq əsaslı surətdə təkmilləşdirilib.

İsa Həbibbəyli qeyd etdi ki, yeni qanunun əsas məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir. Bu qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq ölkədə məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fizikihüquqi şəxsləri ola bilərlər. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycanın qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlarfondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına daxil ola və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirələr başlandı. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Məlahət İbrahimqızı, Fazil Mustafa, Azay Quliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov sənədə münasibət bildirdilər və bəzi təkliflər irəli sürdülər.

İş günü başa çatdığından qərara alındı ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi növbəti iclasda davam etdirilsin.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 15 fevral.- S. 2.