Davamlı inkişafın Abşeron nümunəsi

 

Geridə qoyduğumuz 2016-cı il çağdaş dünyamız üçün heç də rəvan olmadı. Belə ki, ötən ildünyada, eləcə də yaşadığımız regionda təhlükələr, təhdidlər artdı, silahlı toqquşmalar, müharibələr, terrorlar davam etdi, yeni münaqişə ocaqları yarandı. Həmçinin Avropada miqrantlar böhranı dərinləşdi, MDB məkanında narahatlıq doğuran proseslər baş verdi. Belə ağır dövrdə Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayıb və ölkəmiz 2016-cı ildə öz inamlı inkişafını davam etdirib.

 

Ötən il dərin iqtisadi islahatlar dövrü kimi tarixdə qalacaq

 

Ötən il üçün xarakterik olan nikbin məqamlardan biri də iqtisadiyyatımızın, xüsusən onun qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlardır. Son illər dünya iqtisadiyyatında cərəyan edən qeyri-müəyyənliklər, qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik nəticəsində demək olar ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım azalıb. Beynəlxalq səviyyədə baş verən mürəkkəb iqtisadi proseslər qlobal iqtisadiyyata sıx bağlanmış Azərbaycanın da iqtisadi həyatına təsirsiz ötüşməyib. Ona görə ötən ilin sonubu ilin əvvəllərindən etibarən Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlər, mövcud vəziyyət dərindən təhlil edilərək yeni vəzifələr müəyyənləşdirildi. Bu vəzifələr əsasən qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsindən, əlverişli istehsalbiznes mühitinin yaradılmasından, investisiyaların təşviqindən, sahibkarlıq sahəsində bir çox yoxlamaların dayandırılmasından, bank-maliyyə sektorunun sağlamlaşdırılmasından və dövlət orqanlarında struktur islahatlarının aparılmasından ibarət idi. Təbii ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar yeni iqtisadi islahatlara yol açdı.

Bütün bu məsələlərə Abşeron rayonunun 2016-cı ildəki sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair RİH başçısı yanında Şura iclasında nəzər salındı. Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini ehtiramla andılar.

Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda məruzə ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova öncə ölkəmizin ötənilki uğurlarından danışdı. Qeyd etdi ki, 2016-cı ildə xüsusilə iqtisadi sahədə önəmli addımlar atılıb. Prezident İlham Əliyevin müstəqil, düşünülmüşçevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub, itkilər minimuma endirilib. Qəbul edilmiş qərarlar, qanunlar, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirib və bu, imkan verib ki, ölkəmiz qeyri-neft sektorunun hesabına inkişaf etsin. Artıq bununla bağlı həyata keçirilmiş tədbirlər öz müsbət nəticələrini verməkdədir. Odur ki, ötən il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq.

İradə Gülməmmədovanın sözlərinə görə, ölkəmizdə görülən işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının hesabatında Azərbaycan 65-ci yerdədir. Nüfuzlu Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə isə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə yüksəlib ki, bu da qlobal iqtisadi böhran şəraitində böyük göstəricidir. Artıq neçə illərdir ki, bu göstəriciyə görə ölkəmiz MDB məkanında birinci yerdədir. “Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar ötən il ümumi daxili məhsulun həcmi azalsa da, sevindirici haldır ki, ölkəmizdə qeyri-neft sənaye istehsalı 5 faiz artıb. Digər önəmli bir göstərici isə kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Bu sahədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilib və kənd təsərrüfatı 2,6 faiz artıb. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu iki rəqəm onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək, yeni yerlərinin yaradılması təmin olunacaqdır” - deyə RİH başçısı bildirdi.

 

Abşeronun iqtisadiyyatı ötən ili artımla başa vurub

 

İradə Gülməmmədova Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr baxımından Abşeronda görülən işləri təhlil edərək bildirdi ki, hesabat dövründə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin maddi rifahının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli məsələləri RİH başçısı aparatının daim diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rayon icra hakimiyyətləri qarşısında qoyduğu ən mühüm vəzifələr sahibkarlığın inkişafı, kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şəraitin yaradılması, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsidir.

Bütün bunlar Abşeron RİH-nin ötənilki fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib. Təsadüfi deyil ki, ötən il rayonun iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 141 milyon manat investisiya yönəldilib. Rayonda sənaye məhsulunun həcmi 118 milyon manata çatıb. İstehsal olunmuş sənaye məhsulunun 70 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əməkhaqqı 384 manat təşkil edib.

Sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayonda yüzlərlə insanın işlə təmin olunduğu - Metal konstruksiyalar zavodu, “Araz” və “Bazarstor” supermarketlər şəbəkəsinin filialları, ət kəsimi və emalı, hədiyyəlik məmulatlar istehsalı müəssisələri, “TayotaAbşeron Mərkəzi və digər iri sahibkarlıq obyektləri fəaliyyətə başlayıb.

2016-cı il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 49 investisiya layihəsi üçün 25 milyon 510 min manat güzəştli kredit verilib. Yaradılacaq müəssisələrdə 1449 yeni yerinin açılması nəzərdə tutulur. Bu kreditlər hesabına Məmmədli kəndində 10 min tonluq soyuducu anbar, Pirəkəşkül kəndi ərazisində illik 38 milyon ədəd damazlıq yumurta istehsal edəcək müəssisələr, Masazır, Məmmədli, Fatmayı, Pirəkəşkül kəndlərində 13 hektarlıq istixana kompleksi fəaliyyətə başlayacaq.

Vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Belə ki, 2016-cı ildə rayon Məşğulluq Mərkəzinin xətti ilə 1014 nəfər işə düzəlib, 258 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunub. Ötən il rayon üzrə ümumilikdə 3527 yeni yeri açılıb.

Abşeronda istehsal olunan ümumi daxili məhsulun mühüm hissəsi aqrar sahənin payına düşür. Yığıncaqda qeyd olundu ki, 2016-cı ildə rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artıb. Abşeronun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 23274 başa, davarın sayı 132884 başa, quşların sayı isə 1 milyon 188 min başa çatıb. Ötən dövr ərzində 2326 ton ət, 47388 ton süd, 2857 sentner yun istehsal olunub. Yumurta istehsalı isə 203 milyon ədədə çatıb.

Hesabat dövründə 44 min ton tərəvəz toplanılıb ki, bunun da 41 min tonu istixanaların payına düşür. Qeyd edək ki, hazırda rayonda istixanaların ümumi sahəsi 334 hektarı ötüb. Ötən ildən örtülü sahədə gül yetişdirilməsi işlərinə də başlanılıb ki, bu sahənin də inkişafı RİH-in diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına uyğun olaraq ötən il 195 hektar sahədə zeytun əkilmiş, hazırda Aşağı Güzdək ərazisində əlavə 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. İradə Gülməmmədova dedi ki, rayon ərazisində sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, xüsusilə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında Abşeron rayonuna xas zeytun, badam sahələrinin genişləndirilməsi ilə bağlı verilmiş tapşırıqların icrası nəzarətdə saxlanılır. Bununla bağlı 2017-ci il ərzində mümkün olan bütün tədbirlər görüləcək.

Bu gün qarşıya qoyulan ən mühüm vəzifələrdən birirayonlarda dotasiyalardan asılılığın minimuma endirilməsidir. İqtisadi sahədəki artımın nəticəsidir ki, Abşeron rayonu 2017-ci ildaxil olmaqla artıq altı ildir ki, dotasiya almadan yerli gəlirlər hesabına büdcənin formalaşdırılmasını təmin edir. Hesabat dövründə yerli büdcəyə 34 milyon 515 min manat vəsait cəlb olunaraq proqnoz 99,7 faiz yerinə yetirilib, rayonun yerli xərcləri isə 98,6 faiz icra edilib. Bu il isə Abşeron rayonu üzrə özünü maliyyələşdirmədən əlavə dövlət büdcəsinə 24 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

 

Abadlıq və quruculuq davamlıdır

 

2016-cı il ərzində rayon ərazisində 197 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bunun da bir hissəsi abadlıq və quruculuğun payına düşür. Belə ki, daxili imkanlar hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Mehdi Hüseynzadə, Qalubiyyə, Füzuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilib, Misir Dostluq Parkı yenidən qurulub. Saray, Ceyranbatan, Mehdiabad qəsəbələrindəki parklar abadlaşdırılıb, şəhidlərin xatirəsinə abidə ucaldılıb. Masazır kəndində Heydər Əliyev və Zərifə Əliyeva, Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Mehdiabad qəsəbəsində Məhəmməd Əsədov, Novxanı kəndində Mehdi Hüseynzadə, Məmmədli kəndində Elçin Əliyev küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülüb.

Yaşıllıqların qorunub saxlanılması və artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib, rayonun yaşayış məntəqələrində parkyol kənarlarında 57 mindən çox ağacgül kolları əkilib. Xüsusilə Görədil, Fatmayı, Mehdiabad və Novxanı ərazilərində avtomobil yolu kənarı boyunca 10 min ədəd ağacgül kolları əkilib, Bakı-Quba avtomobil yolunun rayon ərazisindən keçən hissəsində salınmış yaşıllıqların saxlanılması məqsədilə əlavə 5 kilometr uzunluğunda yeni suvarma xətti çəkilib.

Hesabat dövründə rayonda 16 mənzil-tikinti kooperativi tərəfindən çoxmərtəbəli yaşayış binaları üzrə 285 min kvadratmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilib. Xırdalan şəhərində 20 çoxmənzilli yaşayış binası təmir olunub. Çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 500-dən çox daşya metal torla hasarlanmış ərazi sökülərək təmizlənib, bəzi ərazilərdə parkuşaqlar üçün meydança salınaraq nümunəvi məhəllələr yaradılıb. Hazırda Xırdalan şəhərində məhəllədaxili ərazilərdə əhalinin gəzintisi və istirahəti üçün müvafiq şəraitin yaradılması işləri davam etdirilir.

Abşeron rayonu ərazisində sanitar təmizliyin təmin edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu məqsədlə məişət tullantılarının daşınması üçün Nazirlər Kabinetinin xətti ilə 1 ədəd maşın və 60 ədəd konteyner alınıb.

 

İnfrastrukturun yenilənməsinə diqqət artırılır

 

Yığıncaqda qeyd olundu ki, rayonda daim diqqət mərkəzində olan məsələlərdən biri də hər bir sahə üzrə, xüsusən də sosial infrastrukturun inkişafıdır. Bunlardan biri rayonun təhsil müəssisələrinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlərin davam etdirilməsidir. Ötən il Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə 800 şagirdlik məktəb binası tikilib, inventar və avadanlıqlarla tam təchiz edilib. 7 oktyabr 2016-cı il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə məktəbin açılışı olub.

Ötən il dövlət vəsaiti hesabına Xırdalan şəhərinin Mexdəstə yaşayış sahəsində, şəhərin 26-cı məhəlləsində, Hökməli qəsəbəsində və Novxanı kəndində dörd 6 qrupluq körpələr evi-uşaq bağçası istifadəyə verilib, Saray və Güzdək qəsəbələrində ümumtəhsil məktəbləri üçün əlavə sinif otaqları tikilib. Aşağı Güzdək qəsəbəsində və Masazır kəndində 6 qrupluq körpələr evi-uşaq bağçasının tikintisi başa çatıb. Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri, Masazır kəndində “İlin dörd fəsli” şirkəti tərəfindən körpələr evi-uşaq bağçasının və “Qurtuluş 93” şirkəti tərəfindən 1200 şagirdlik məktəbin tikintisi işləri davam etdirilir. Təhsillə yanaşı, səhiyyə sahəsində də infrastruktur yenilənir.

Ötən il yol infrastrukturunun yaxşılaşdılrılması məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 56457 kubmetr qrabil tökülərək yayılıb, 142593 kvadratmetr sahə asfaltlanıb, 13684 paqonmetr səki daşı düzülüb, piyada səkilərinə 6282 kvadratmetr tomet döşənib. Qəsəbə və kəndlərdə ümumilikdə 135 küçə əsaslı təmir olunub. Rayonun daxili imkanları hesabına Hökməli-Qobu yolunun yararsız hala düşmüş hissəsində yağış və qrunt sularının avtomobil yoluna axmasının qarşısının alınması məqsədilə yol kənarı boyunca 900 metr uzunluğunda beton suötürücüplastik boru ilə drenaj xətləri çəkilib, yolun yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir edilərək asfalt örtük salınıb.

“Azəravtoyol” ASC-yə müraciətin nəticəsi olaraq, Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron ərazisindən keçən hissələrində dörd yerdə yerüstü piyada keçidinin quraşdırılması işlərinə başlanılıb. Bunlardan biri artıq istifadəyə verilib, digər üç keçidin inşası isə davam etdirilir. Eyni zamanda, yaxın günlərdə Mehdiabad-Fatmayı-Görədil, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının təmiri işlərinə də başlanılacaq.

 

Elektrik enerjisi, qazsu sarıdan çətinlik yoxdur

 

Əhalinin sabit elektrik enerjisinin təminatı ilə bağlı yaşayış məntəqələrində 69 ədəd yeni transformator quraşdırılıb, 41 ədəd transformator əsaslı təmir olunub, 755 ədəd dayaq və 148 min metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 65 min metr uzunluqda “SİP” kabelləşməsi aparılıb. Masazır kəndində yeni ikidövrəli hava xətti çəkilərək istismara verilib, “Mehdiabad 1” hava veriliş xəttinin üzərindən yükün bir hissəsi çıxarılaraq yeni inşa olunmuş Fatmayı yarımstansiyasına keçirilib. Xırdalan 220 kv-lıq yarımstansiyadan qidalanan yeraltı 2700 metr kabel yenisi ilə əvəz olunub. Hazırda Xırdalan şəhərindəki Əlağa Vahid yarımstansiyasından şəhərdə inşa olunan digər yarımstansiyaları əlaqələndirən 6 kilometr uzunluğunda dairəvi yeraltı kabelin çəkilişi işləri həyata keçirilir. Yaxın günlərdə isə Xırdalan şəhərində 6,5 kilometr uzunluğunda daxili yeraltı xətt şəbəkəsinin qurulması işlərinə başlanılacaq.

Aidiyyəti orqanlar qarşısında qaldırdığım məsələlərin nəticəsi olaraq ötən il Xırdalan şəhəri, Saray qəsəbəsi və Masazır kəndinin hər birində yeni 35 kilovoltluq yarımstansiya inşa olunub, Qobu qəsəbəsində isə 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılıb. Xırdalan şəhərində tikintisi “Azərenerji” ASC tərəfindən həyata keçirilən 110 kilovoltluq yarımstansiyada da işlər davam etdirilir. Bununla belə, Xırdalan şəhərində mövcud tələbata uyğun əlavə iki yeni yarımstansiyanın inşasına tezliklə başlanılması nəzərdə tutulur.

Su təchizatına gəldikdə isə, 2016-cı il ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 13980 p/m uzunluqda yeni içməli su xətləri çəkilib, 4576 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib, 7221 ədəd su sayğacı quraşdırılıb, eləcə də 3760 p/m uzunluqda kanalizasiya xətləri yenilənib. Podratçı təşkilatlar tərəfindən Saray bağ massivi, Digah və Görədil ərazilərində layihə üzrə su boru xətləri istismara verilmiş, Digah qəsəbəsində 20 min kubmetr tutumu olan su anbarı və 1483 metr uzunluqda 700 mm diametrli boru xətti inşa edilərək istismara verilib. “Azərsu” ASC-yə müraciətin nəticəsi olaraq Pirəkəşkül kəndinə gedən içməli su xəttinin 2 kilometrlik hissəsi yeni borularla əvəz edilib və kəndin içməli su təminatı xeyli yaxşılaşıb. Daxili imkanlar hesabına Aşağı Güzdək qəsəbəsində 2600 metr su xətti çəkilib, yeni nasosxana tikilib, 1 kilometr uzunluğunda plastik borularla birləşdirmə işləri həyata keçirilib. Hökməli qəsəbəsində 3 kilometrQobu qəsəbəsindəki yeni yaşayış massivinə 766 p/m uzunluğunda yeni içməli su xətti çəkilib.

Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında bağlanılmış kredit sazişinə əsasən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq tender keçirilib və yaxın vaxtlarda işlərə başlanılacaq. Layihə çərçivəsində 24 ay ərzində 20 min kubmetrlik 2 anbar, şəhər ərazisində 172 kilometr uzunluğunda müxtəlif diametrli içməli su xətti, 109 kilometr uzunluğunda isə kanalizasiya şəbəkəsinin tikintisiev birləşmələrinin verilməsi nəzərdə tutulur.

Rayon əhalisinin təbii qazla təchizatı məsələləri də diqqət mərkəzində saxlanılır. 2016-cı il ərzində 5123 evə təbii qaz xətti çəkilərək sayğac quraşdırılıb. Xüsusilə Hökməli qəsəbəsinin mərkəzi hissəsində təbii qazın verilişi ilə bağlı uzun müddətdir davam edən problemin aradan qaldırılması ilə bağlı “Azəriqaz” İB qarşısında məsələ qaldırılıb və məsələnin müsbət həllinə nail olunub. Bununla əlaqədar “Azəriqaz” İB-nin nümayəndələri ilə birlikdə Hökməli qəsəbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib və təbii qaz xətlərinə, sayğaclara müdaxilələrin yolverilməz olduğu sakinlərin diqqətinə çatdırılıb. Hökməli qəsəbəsində ötən ilin müvafiq dövründən sonra 1600-ə qədər ailənin təbii qaz xətti və ya sayğacı bərpa olunmuş, 500-ə yaxın yeni sayğac qoyulub.

İradə Gülməmmədova bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədini ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması təşkil edir. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Əvvəlki illərdə olduğu kimi, cari ildə də sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait yaradılacaq və rayonda əlavə sənaye, kənd təsərrüfatı istehsalı, emalı müəssisələrinin açılması təmin ediləcək.

İcra başçısı qeyd etdi ki, kənd təsərrüfatı rayonu kimi formalaşmış Abşeronun əvvəlki şöhrətinin özünə qaytarılması, xüsusilə Prezidentin tapşırığına uyğun Abşerona xas olan zeytun, badam, üzüm bağlarının, istixana şəraitində becərilən tərəvəzçilik və gülçülük sahələrinin genişləndirilməsi, zəfərançılığın, heyvandarlıq məhsulları istehsalının inkişafı işlərinə diqqət artırılmalıdır.

Rayonda abadlıq quruculuq işlərinin davam etdirilməsi, yeni yerlərinin açılması, yarımçıq qalmış sosial obyektlərin tikintisinin başa çatdırılması, çoxmənzilli yaşayış binalarının təmir olunması və onların istiliklə təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də qarşıda mühüm vəzifələr durur.

O da diqqətə çatdırıldı ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, korrupsiya ilə ciddi mübarizə, şəffaflıq və sadəlik, xalqa nümunəvi xidmət hər bir dövlət məmurunun fəaliyyətinin başlıca istiqaməti olmalıdır.

Abşeron RİH başçısı İradə Gülməmmədova çıxışının sonunda bildirdi ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr edilmiş konfranslarda verilmiş tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələri dərindən təhlil etməklə Abşeronda qarşıda duran vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetiriləcək, rayonun sosial-iqtisadi inkişafı üçün bütün tədbirlər görüləcək.

İclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayevrayonun yerli orqanlarının rəhbərləri ötənilki uğurlardan söz açdılar, qarşıda böyük vəzifələrin dayandığını qeyd etdilər.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olundu.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-15 fevral.- S.6.