2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan olunmasına dair Tədbirlər Planı təsdiq edilib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycandaİslam Həmrəyliyi İlielan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirinin xidmətinə həvalə olunub.

Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

 

Azərbaycan.- 2017.- 16 fevral.- S.2.