Azərbaycan ilə İran arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı hüquq mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi. Ölkələrimiz arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan dövlətimizin başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd etdi. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin ədliyyə sahəsində əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Təxminən
23 il bundan əvvəl
Azərbaycana səfər etdiyini vurğulayan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi
ötən dövr ərzində ölkəmizdə
gedən böyük dəyişikliklərin
onda dərin təəssürat
yaratdığını dedi. Azərbaycanda gedən bu
inkişafın bünövrəsinin xalqımızın ümummilli lideri Heydər
Əliyev tərəfindən qoyulduğunu
vurğulayan Mustafa
Purməhəmmədi Ulu Öndərin
xatirəsini böyük ehtiramla
yad edərək bildirdi
ki, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan-İran
əlaqələrinin genişləndirilməsi işinə də
böyük önəm verib.
Azərbaycan.
- 2017.- 17 fevral.- S. 2.