Azərbaycanın Rusiya ilə əməkdaşlığı
dostluq münasibətləri və
qarşılıqlı inam üzərində
qurulub
Fevralın 16-da Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini –
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu
generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Z.Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini söyləyib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını vurğulayıb və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini qeyd edib.
Ordu generalı V.Gerasimov əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.
“Beynəlxalq Ordu Oyunları–2017” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku-2017” müsabiqəsinin təşkilində və bu müsabiqədə bilavasitə iştiraka görə Azərbaycana təşəkkürünü bildirən qonaq bu cür tədbirlərin keçirilməsinin iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda ordu
generalı V.Gerasimov ABŞ-ın Baş Qərargahlar rəisi general
Cozef Danford ilə ikitərəfli
görüşün Bakıda təşkil
edilməsinə və yüksək qonaqpərvərliyə
görə Azərbaycan dövlətinin rəhbərliyinə
dərin minnətdarlığını bildirib.
Azərbaycan.-
2017.- 17 fevral.- S. 2.