Bu görüşün Bakıda
keçirilməsi bir daha
təsdiq etdi ki, beynəlxalq
aləmdə Azərbaycana böyük etimad var
Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında keçirilən görüşü böyük siyasi əhəmiyyəti olan hadisədir.
Bu fikri
AZƏRTAC-a açıqlamasında
Milli Məclisin deputatı, professor Elman Nəsirov
bildirib.
Elman Nəsirov
deyib ki, iki nəhəng dövlət həm ikitərəfli münasibətlərinin
bu günü və gələcəyi, həm də regional təhlükəsizlik məsələlərini,
dünyanı narahat edən mürəkkəb
məsələləri müzakirə
etmək üçün
məhz Bakı şəhərini seçib. Bakının görüş məkanı
kimi seçilməsi ona dəlalət edir ki, Azərbaycan,
sözün həqiqi
mənasında, dünyanın
ən sabit, ən təhlükəsiz
ölkələrindən birinə
çevrilib. İkincisi, bu,
onun təsdiqidir ki, Prezident İlham
Əliyev olduqca balanslı, çevik siyasət həyata keçirir və bu siyasətin gətirdiyi dividend həm
ABŞ-ın, həm də Rusiyanın diqqətini cəlb edib. Belə bir siyasət,
ilk növbədə, bərabərhüquqlu
və qarşılıqlı
faydalı əməkdaşlıq
münasibətlərinə söykənir. Prezident
İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində
Azərbaycan BMT Təhlükəsizlik
Şurasına iki il müddətinə
qeyri-daimi üzv seçilmiş, iki dəfə Şuraya sədrlik etmişdi. Azərbaycan bu gün beynəlxalq
təhlükəsizliyə çox ciddi töhfələr verir.
Bütün bu reallıqlar
heç şübhəsiz
ki, iki supergüc
dövlətin hərbi
sahədə önəmli
generallarının Bakıda
bir araya gəlməsini şərtləndirən
əsas amillərdəndir.
Deputat vurğulayıb ki, Bakıda baş tutan bu görüş,
sözün həqiqi
mənasında, Azərbaycanın
mövqeyinin beynəlxalq
aləmdə güclənməsi
üçün yeni imkanlar açacaq. Bu, Azərbaycan üçün
yeni dividendlər qazandıracaq və ölkəmizin beynəlxalq
aləmdə nüfuzu
daha da möhkəmlənəcək.
Onu da qeyd etmək
lazımdır ki, bu gün Azərbaycan
paytaxtı yenidən bütün dünyanın
kütləvi informasiya
vasitələrinin diqqətində
oldu. Hamı dünyanın ən
təhlükəsiz ölkələrindən
biri olan Azərbaycanın paytaxtında
iki nəhəng dövlətin yüksək
rütbəli generallarının
görüşünü maraqla
izlədi. Bütün bunlar
təbii ki, Azərbaycanın beynəlxalq
aləmdə tutduğu
yeri təsdiqləyən
faktlardır.
“Bu görüş həm də ona
görə Bakıda keçirildi ki, Azərbaycan Prezidentinin
özünə beynəlxalq aləmdə, xüsusilə ABŞ-da və Rusiyada çox böyük etimad var. Dövlətimizin
başçısının həyata keçirdiyi
uğurlu siyasət sayəsində bizim həm ABŞ ilə, həm də Rusiya ilə strateji tərəfdaşlıq
münasibətlərimiz formalaşıb. Bu
gün Azərbaycanın paytaxtı həllini
gözləyən problemlərin müzakirə olunduğu bir məkana çevrilib. Bu, bir daha Azərbaycanın
beynəlxalq siyasətdə oynadığı böyük
roldan xəbər verir.
Azərbaycan coğrafi baxımdan o qədər böyük
ölkə olmasa da, sözünün çəkisi böyükdür. ABŞ-ın və
Rusiyanın baş qərargah rəislərinin
Azərbaycanın paytaxtını görüş
yeri seçməsi həm də ölkəmizin
sözünün önəm kəsb etməsi
ilə bağlıdır”, - deyə Elman
Nəsirov qeyd edib.
Azərbaycan.-
2017.- 17 fevral.- S. 2.