Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri
ilə görüşü olub
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu dedi. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırdı.
Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğuladı, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirdi. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini dedi.
Prezident İlham
Əliyev Kiyevin dünyanın ən
gözəl şəhərlərindən biri
olduğunu, onun tarixi hissəsinin qorunmasının və
şəhərin inkişafının böyük
diqqət tələb etdiyini
vurğuladı, Bakı və Kiyev
meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin
və qarşılıqlı səfərlərin
təşkilinin əhəmiyyətindən danışdı.
Azərbaycan diasporunun Ukraynanın
inkişafına töhfə verdiyini bildirən
dövlətimizin başçısı ölkələrimiz
arasındakı dostluq münasibətlərinin
möhkəmləndiyini, Ukraynanın Azərbaycanın
etibarlı tərəfdaşı olduğunu
qeyd etdi.
Azərbaycan.-
2017.- 18 fevral.- S. 2.