Münxendə “MAN SE” şirkətinin baş
icraçı direktoru ilə görüş
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.
Prezident İlham
Əliyev son illərdə Azərbaycanda
müxtəlif sahələrdə yeniləşmə işlərinin
aparıldığını, ictimai nəqliyyatın
müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü
vurğuladı. Dövlətimizin başçısı əməkdaşlıq
imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin
nümayəndələrini Azərbaycana səfərə dəvət
etdi.
Azərbaycan.-
2017.- 18 fevral.- S. 2.