Azərbaycan Prezidenti
İlham Əliyev Münxendə İsrailin müdafiə naziri
ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər
verir ki,
görüşdə Azərbaycan-İsrail əlaqələrinin
müxtəlif aspektləri müzakirə edildi.
Aviqdor
Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri
xatırlandı. İsrail Dövlətinin
Baş naziri Benyamin Netanyahunun ötən
il Azərbaycana etdiyi uğurlu səfərindən
danışıldı. Azərbaycan ilə İsrail
arasında hərbi-texniki sahədə əməkdaşlığın
məmnunluq doğurduğu
vurğulandı, bu sahədə gələcək
əməkdaşlıqla bağlı məsələlər
müzakirə edildi.
Azərbaycan.-
2017.- 18 fevral.- S. 2.