Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Münxendə görüşü
olub
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirildi. Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulandı. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edildi. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı.
Söhbət zamanı
ölkələrimiz arasında ticarət əlaqələrinin,
ixrac-idxal əməliyyatlarının
genişləndirilməsi ilə bağlı müəyyən
addımların atılması barədə
razılığa gəlindi.
Azərbaycan.-
2017.- 18 fevral.- S. 2.