Prezident İlham Əliyev Münxendə “Kaspersky Lab” şirkətinin
sahibi və baş
icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər
verir ki,
görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən
sahələrdə uğurla əməkdaşlıq
etdiyi vurğulandı. Dünyada
mürəkkəb proseslərin baş verdiyi bir dövrdə
kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli
əməkdaşlıqda mühüm yer tutduğu bildirildi. Azərbaycan ilə əlaqələrin
daha da genişləndirilməsinin
vacibliyinin vurğulandığı
söhbət zamanı xüsusilə sənaye və digər
sahələrdəki proseslərin təhlükəsizliyinin təmin
edilməsi istiqamətində işlərin görülməsi
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2017.- 18 fevral.- S. 2.