Azərbaycan Prezidenti İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş
icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə
“Leonardo” şirkətinin baş icraçı direktoru və
baş meneceri Mauro Moretti ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirdi. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışdı, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu dedi.
Söhbət zamanı əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2017.- 19 fevral.- S. 2.