Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında
səhiyyə təhlükəsizliyi ilə bağlı
panel-müzakirəni izləyib
Azərbaycan Respublikasının
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva fevralın
18-də 53-cü Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində səhiyyə təhlükəsizliyinə
həsr olunan panel-müzakirəni izləyiblər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
53-cü Münxen
Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdıracaq.
Azərbaycan.- 2017.- 19 fevral.- S. 2.