Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Münxen Təhlükəsizlik
Konfransının açılış sessiyasında
müzakirələrin gedişini izləyib
Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.
Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.
53-cü Münxen
Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.
Azərbaycan.-
2017.- 19 fevral.- S. 2.