Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının    2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 162; 2005, ¹ 9, maddə 797; 2006, ¹ 5, maddə 400; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1246; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2013, ¹ 2, maddə 111, ¹ 7, maddə 806; 2016, ¹ 6, maddə 1038) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-1-ci yarımbəndə “şəxslərin,” sözündən sonrapublik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

2. 11.21-ci yarımbənddə “qurumlarının” sözündən sonra “və publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 19 fevral.- S.3.