Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə 820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.7-ci (hər iki halda) və 9.11-ci yarımbəndlərdən “, habelə təhsil müəssisələrinin” sözləri çıxarılsın.
2. 9.9-cu yarımbənddə “və qeyri-kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri çıxarılsın, “sahələrdə” sözündən (birinci halda) sonra “və bu Əsasnamənin 9.11-ci yarımbəndində nəzərdə tutulmuş sahədə” sözləri əlavə edilsin.
3. 9.12-ci yarımbənddə “, habelə təhsil müəssisələrinin” sözləri “və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral
2017-ci il
Azərbaycan.- 2017.- 19 fevral.- S.3.