Dövlət müşaviri IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb

 

Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) bu qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin görüşü olub.

BBMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət müşaviri IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçılarını Bakıda və Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu bildirərək deyib: “IV Beynəlxalq Multikulturalizm qış məktəbində Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyadan gələn bütün qonaqlarımızı salamlayıram. Bir həftə çox tez gəlib keçdi. Ümid edirəm ki, bu bir həftə ərzində Şəki, Qax, Oğuz və Qəbələdə keçirdiyiniz görüşlər, dinlədiyiniz mühazirələr sizin üçün maraqlı oldu. Bildiyimə görə, maraqlı dərslər keçilib. İnanıram ki, həm bu dərslər, həm də Azərbaycanın bir-birindən maraqlı multikultural bölgələrinə səfərləriniz ölkəmiz haqqında təsəvvürlərinizi daha da dərinləşdirib. Xarici ölkələrdə Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün mütəmadi olaraq təşkil etdiyimiz Beynəlxalq multikulturalizm yay və qış məktəbləri artıq ənənəyə çevrilib. Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilir. Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri daha da möhkəmlənsin. Biz inanırıq ki, Azərbaycana olan marağınız məhəbbətə çevriləcək, Azərbaycana olan məhəbbətiniz isə, eyni zamanda, qış məktəbində təmsil olunan digər ölkələrə də sevgiyə çevriləcək.

Dövlətimizin başçısı 2016-cı ili ölkəmizdə “Multikulturalizm İlielan etmişdi. Bu, bizim üçün çox maraqlı bir hədəf olduil ərzində öz xarici həmkarlarımızla multikulturalizmin müxtəlif aspektlərini dərindən analiz etdik, eyni zamanda, öyrəndik ki, bizi digər xalqlarla, ölkələrlə birləşdirən nə qədər potensial imkanlar, xətlər var.

Tələbələrin arasında Azərbaycana ilk dəfə gələnlər və həmçinin bundan əvvəl də bir neçə dəfə olanlar var. İnanıram ki, təhsil aldığınız universitetləri bitirdikdən sonra da Azərbaycan ilə əlaqəniz, burada qazandığınız dostlarla münasibətiniz, dostluqlarınız davam edəcək. Sizin azərbaycanlı gənc dostlarınız bu müddət ərzində sizi çox sevdilər. Ümid edirəm ki, sizlər də onları sevdinizbu sevgi bütün həyatınız boyu bir-birinizin yanında olmaq üçün kifayət edəcək.

Bizim bundan sonra da müxtəlif layihələrimiz olacaq. Hazırda “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu fəaliyyət göstərir. Sizlərin bu klubun üzvlüyündə, eləcə də həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində həyata keçirdiyimiz layihələrdə iştirakınızdan çox şad olarıq. Arzu edirəm ki, Azərbaycana gəlişiniz ilk olsa da, son olmasın və mütəmadi olaraq bizim aramızda ünsiyyət davam etsin”.

Görüşdə tələbələr IV Beynəlxalq multikulturalizm qış məktəbində əyani şəkildə tanış olduqları Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşüblər və gələcəkdə də ölkəmizə səfər etmək arzularını bildiriblər.

 

Azərbaycan.- 2017.- 19 fevral.- S. 5.