Bakıda I Neyroendokrin Törəmə Simpoziumu keçirilib

 

Fevralın 18-də Bakıda I Neyroendokrin Törəmə Simpoziumu keçirilib. Tədbirdə endokrinoloqlarla yanaşı, terapevtlər, kardioloqlar, nevropatoloqlar, cərrahlar, onkoloqlar, oftalmoloqlar digər həkimlər iştirak ediblər. Açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, simpoziumda Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, neyroendokrin törəmələrin diaqnostikasının, kompleks cərrahi yolla müalicəsinin aktual problemlərinin müzakirə edilməsi baxımından simpoziumun əhəmiyyətini yüksək qiymətləndirib. Əziz Əliyev deyib: “Təxminən bir il öncə Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin açılması ilə ölkəmizdə tibb sahəsində böyük bir yeniliyə imza atılıb. Beynəlxalq tələb normalara tam şəkildə cavab verən bu müəssisənin fəaliyyəti onkoloji xəstəliklərin diaqnostikası müalicə istiqamətlərinin təyin edilməsi baxımından əvəzsiz rol oynayır. Fikrimcə, cəmiyyətimizin sağlam həyat tərzinin təmin edilməsi onkoloji xəstəliklərin müalicəsi istiqamətində həkimlərimizin bir-biri ilə sıx əlaqədə olması, informasiya mübadiləsi aparmaları böyük əhəmiyyət daşıyır. Bu cür simpoziumların təşkili həkimlərimizin müvafiq sahədə yeni məlumatlar əldə etməsi maariflənməsi baxımından çox önəmlidir”.

Son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdıran professor Əziz Əliyev deyib: “Nəinki Azərbaycanda, hətta regionda ilk yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik orta heyət xaricdə təhsil alıb zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, ölkənin aparıcı tibb müəssisələrindən olan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliklərinin diaqnozunda müalicəsi sahəsində uğurları həm ölkə daxilində, beynəlxalq arenada böyük maraqla qarşılanır.

Qeyd edilib ki, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi respublika əhalisinə ixtisaslaşdırılmış onkoloji yardımların göstərilməsi istiqamətində elmi-metodiki profilaktik işləri əlaqələndirən aparıcı müəssisədir. 

Sonra Nüvə Təbabəti Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub. Diqqətə çatdırılıb ki, mərkəzin PET/KT cihazı olanBiograph mCT-S40” Siemens şirkətinin ən son texnologiyaları ilə hazırlanıb minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir. PET/KT-dən onkoloji xəstəliklərin erkən diaqnostikası ilə yanaşı, Altsheymer Parkinson xəstəliklərinin müayinəsində, epilepsiya, demensiya zamanı beyin funksiyalarının dəyərləndirilməsində istifadə olunacaq. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur bu maddə orqanizmdə müəyyən toxumalarda toplanaraq ətrafa şüalanma verir.

Sessiyalarla davam edən simpoziumda professor Əziz Əliyevin “Boynun neyroendokrin törəmələri”, doktor Hidayət Məmmədzadənin “Neyroendokrin törəmələrin endokrinoloji aspektdən dəyərləndirilməsi”, doktor Fuad NovruzovunNeyroendokrin törəmələrin diaqnozunda PET/KT müayinəsi”, professor Cüneyt Türkmənin (Türkiyə) “Neyroendokrin törəmələrin radioaktivtarget” müalicəsi” və digər mövzularda məruzələr dinlənilib.

 

Azərbaycan.- 2017.- 19 fevral.- S. 5.