“Azərbaycan Respublikası Prezidentinin hüquqi şəxslərin
dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına
dəyişikliklər edilməsi və bəzi fərmanlarının
qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli
149 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 995; 2006, ¹ 8, maddə 677; 2007, ¹ 12, maddə 1246; 2011, ¹ 2, maddə 85) 2-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral
2017-ci il
Azərbaycan.-
2017.- 19 fevral.- S.3.