“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin
işçilərinə “Əməkdar mühəndis” fəxri
adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əliyev Ziyəddin İsmayıl oğlu
Qasımov Əflatun Allahyar oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 fevral 2017-ci il.
Azərbaycan.- 2017.- 21 fevral.- S.4.