Azərbaycan “İDEX-2017” beynəlxalq müdafiə sənayesi
sərgisində təmsil olunur
Əbu-Dabinin Milli Sərgi Mərkəzində 13-cü Beynəlxalq
konfrans və
“İDEX-2017” müdafiə sənayesi sərgisi açılıb.
AZƏRTAC xəbər
verir ki, Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Əlahəzrət şeyx
Xəlifə bin Zayed
Al Nəhyanın himayəsi
altında keçirilən
sərgidə Azərbaycanı
fövqəladə hallar
naziri Kəmaləddin
Heydərovun, Dövlət
Sərhəd Xidmətinin
rəisi Elçin Quliyevin, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun
və Daxili İşlər Nazirliyinin
baş maddi-texniki təchizat idarəsinin rəisi Elçin Həsənovun başçılıq
etdikləri dörd nümayəndə heyəti
təmsil edir.
Sərgidə dünyanın 57 ölkəsindən
1235 şirkət təmsil
olunur. Onlar müdafiə təyinatlı
perspektivli texnologiyaları,
sistemləri və avadanlıqları təqdim
edəcəklər. Sərgi çərçivəsində,
həmçinin silahın
müxtəlif nümunələri
nümayiş etdiriləcək
və bu silahlardan nümunəvi atəşlər açılacaq.
İDEX – silahların
və təhlükəsizlik
texnologiyalarının nümayiş
etdirildiyi ən nüfuzlu beynəlxalq sərgilərdən biridir. Bu səbəbdən də silah və hərbi
texnika istehsalçılarının
və sifarişçilərinin
diqqətini daim cəlb edir.
Eyni zamanda, “İDEX-2017”
çərçivəsində dünyanın 27 ölkəsindən
99 aparıcı şirkətin
iştirakı ilə
“NAVDEX-2017” IV Beynəlxalq dəniz
müdafiə sənayesi
sərgisi keçirilir.
Silah ekspozisiyası fevralın
23-dək davam etdiriləcək.
Azərbaycan.-
2017.- 21 fevral.- S. 5.