İki övladım yoldaşımla donub öldü, bir qızımın isə qorxudan ürəyi partladı...”

 

Qaryağdı Quliyev: “Dörd gün meşədə ac-susuz qalıb donan yeddi uşaqdan baldızım yalnız bir qızımı xilas edə bildi

 

Fevralın soyuq qışı yerini bahara təhvil verməyə hazırlaşırdı. Axı yaza cəmi 25 gün qalırdı. Həmin vaxt şəhərin üzərində gözəl günlərin eşqi ilə nə qədər xəyallar, arzular, diləklər dolaşırdı. Amma sən demə, görəcək günlər qabaqda imiş. Sevgi dolu həyat dəhşətin hənirtisini də hiss etdirmirdi. Heç kəsin ağlına da gəlmirdi ki, qarlı-şaxtalı bir gündə hiyləgər, qaniçən erməninin qəfil həmləsinə tuş gələcək. Günəş batandan sonra zaman duracaqbütün arzular məhv olacaq. İnsanlığın qanla boğulduğu bir torpağa çevriləcək XOCALI...

 

Sağ qaldığım üçün indivicdan əzabı çəkirəm

 

25 il ötür bu faciəmizdən. Hər ilin fevralında köksümüzdəki Xocalı yarası elə göynəyir ki, sanki dünən baş verib bu soyqırımı. O dəhşətli günün şahidi olan 72 yaşlı Qaryağdı Quliyev isə həmin gecə sağ qaldığı üçün vicdan əzabı çəkir. Hazırda Goranboy rayonunda məcburi köçkünlər üçün inşa olunan qəsəbədə yaşayan Qaryağdı dayı deyir ki, sinəsindəki yara qəbirdə də onu incidəcək...

- Böyük ailəm vardı, 2 oğul, 3 qız atası idim. Xoşbəxt-firavan həyat sürürdük. Sovxozda işləyirdim. Fevralın 25-i günü axşam növbəsində idim. Gördüm ki, Xocalının ətrafındakı yüksəkliklərdən hərbi texnikanın səsi gəlir. Elə bildim təlim keçirlər. Hər yerdə post qurulmuşdu. Evim hava limanının yaxınlığında idi. Başladılar şəhəri güllə, mərmi yağışına tutmağa. Ahıska türkləri üçün tikilən evləri vurub darmadağın etdilər. İnsanlar evlərindən çıxıb qaçmağa başladılar.

Faciədən bir neçə gün öncə böyük oğlum vertolyotla Bərdəyə getmişdi. Evdə 6 nəfər qalmışdıq. Vəziyyətin gərginləşdiyini görüb evə qaçdım. Uşaqlar məni gözləyirdilər. Həyat yoldaşımın bacısı Sədaqət və 3 uşağı da bizdə idilər. Paltarlarımızı geyinib evdən çıxdıq. Ermənilər Əsgəran istiqamətindəki yolu bağlamışdılar. Ona görə də yaxınlıqdakı dağa tərəf hərəkət etdik. Çayı keçib meşəyə girdik. Üz tutduq Kətik kəndi tərəfə. Burada 500 nəfərə yaxın adam vardı. Bir qədər getmişdik ki, dedilər yuxarıda ermənilər pusqu qurub. Üz tutduq başqa istiqamətə. Bu dəfə Dəhraz kəndi istiqamətinə çıxanda ermənilər atəş açdılar. İnsanların çoxu orada həlak oldu. Meşədə gizləndik. Uşaqlar artıq soyuqdan donurdular. Bir nəfər Ağdamın Gülablı kəndinə gedən yolu tanıyırdı. Ona qoşulub getdik.

 

Yaralı qardaşımı meşədə atıb gedə bilmədim

 

Qardaşım Tahir (1956-cı il təvəllüdlü) Milli Orduda xidmət edirdi. Gecə gördüm ki, yaralı vəziyyətdə bizə tərəf gəlir. Birlikdə hərəkət etməyə başladıq. Amma Tahir çoxlu qan itirmişdi. Yalvardı ki, məni qoyub gedin. Vicdanım yol vermədi. Qardaşımı o vəziyyətdə necə qoyub gedə bilərdim?!

Ailəmə dedim ki, siz camaata qoşulub gedin, biz arxanızca gəlirik. Beləcə qardaşımla meşədə qaldıq. Cibimdə dəftər vardı. Fındıq ağacının çör-çöpünü qırıb birtəhər ocaq qaladım. Tahir bir az yaxşılaşdı. Ancaq yenə də israr etdi ki, get balalarını vəhşilərdən qurtar. Razılaşmadım. Birtəhər onu çiynimə götürüb yola düzəldim. Amma uşaqları tapa bilmədim. Başqa istiqamətdə gediblərmiş.

3 gün meşədə qaldıq. Fevralın 28-də Dəhraz kəndinə tərəf qayıtdıq. Yuxarıdan baxdım ki, yolda maşın izi varbu izlə xeyli gedib Gülablıya çatdıq. Kiçik qardaşım Qarsalan Ağdamda yaşayırdı. O da Gülablıya gəlmişdi. Uşaqları soruşdum, dedi gəlməyiblər. Tahiri ona təhvil verib geri qayıtmaq istədim. Qarşımı kəsib yalvardı. Nə qədər cəhd etdim, imkan vermədi, dedi, getsən, sən də sağ qalmayacaqsan. Dedim, ailəmi əsir götürüblərsə, mən də onların yanında olum. Sən demə, həmin vaxt ailəm erməninin əlində yox, Allahın dərgahında imiş...

 

Altı körpə buz heykələ döndü

 

Meşə istiqamətindən gələn yox idi. Artıq bacarıb keçən keçmişdi, qalanı isə həlak olmuşdu. Uşaq kimi ağlayırdım. Amma Gülablıda 16 yaşlı qızım Şəhla ilə xalası Sədaqəti görəndə bir az toxtadım. Elə bildim hamısı salamatdır. Qızım ağlaya-ağlaya 4 gün meşədə yaşadıqları müsibəti danışanda isə dağlar başıma uçdu sanki. Şokda idim, nə etdiyimi, nə danışdığımı bilmirdim...

Sən demə, məndən ayrıldıqdan sonra ailəmin, baldızımın və 3 uşağının birgə hərəkət etdiyi dəstə erməni pusqusuna düşür. Qadınların böyük əksəriyyətini ermənilər güllələyir. İnsanların fəryadı, qarın üzərində su yerinə axan qan 14 yaşlı qızım Rəvanəni vahiməyə salır. Yazıq qızcığazın qorxudan ürəyi partlayır. Yoldaşım uşağı qarla basdırır. İnsanlar pərən-pərən düşürlər. 3 uşağı yedəyində qalan çarəsiz yoldaşım və baldızımla 3 uşağı meşədə gizlənməli olurlar. Yanlarında qonşu kənddən olan qohumlarım da varmış. Rəşid kişi görür ki, qadınlar, uşaqlar soyuqdan donub ölürlər. Ona görə də kiçik oğluna deyir ki, gedib ermənilərə təslim olsundesin ki, meşədə insanlar qırılır, onları da götürün. Düşünür ki, bəlkə əsir düşsələr, onları girovluqda olan ermənilərlə dəyişə bilərlər. Oğlu atasının dediyi kimi edir. Gedib əsir düşür. Amma onu tutan kimi o qədər döyürlər ki, huşunu itirirsözünü deyə bilmir. Ayılanda görür ki, fermada əsirlərin yanındadır. Ermənilərə hadisəni danışır. Onlar da deyirlər ki, gedib gətirərik. Ancaq meşəyə gedən olmur...

Meşədə çarəsiz qalan insanlar şaxtada ölümlə yaşam arasında mübarizə aparırlar. Yoldaşım Sara 11 yaşlı Nuranəmi, 7 yaşlı Şükürümü bağrına basıb qorumağa çalışır. Amma şaxta onların hər üçünü buz heykələ döndərir. Baldızım Sədaqətin də 3 gül balası (12, 7 və 4 yaşında qızlar) soyuğa tab gətirə bilmir. Ananın gözü qarşısında 3 balasının dəhşətli şəkildə ölməsindən ağır nə ola bilər?!

7 uşaqdan cəmi biri - 16 yaşlı qızım Şəhla sağ qalır. Balalarını itirən xalası görür ki, Şəhla sağdı və onu götürüb meşə ilə hərəkət etməyə başlayır. Ermənilər artıq heç kimin sağ qalacağına inanmayıb geri çəkilirlər. Sədaqətlə Şəhla meşədən enərək üzümlüklə Gülablıya gəlib çıxırlar.

Sinəmə çəkilən bu dağ hər gün mənə olmazın əzab verir. Qardaşımı qoyub gedə bilmədim, amma 3 balamı, həyat yoldaşımı itirdim. Qardaşım Tahir müalicə olunub sağalsa da, 3 aydan sonra, may ayında mənim ailə faciəmə dözə bilmədi...

Sözün bitdiyi an...

 

...Qadınların böyük əksəriyyətini ermənilər güllələyir. İnsanların fəryadı, qarın üzərində su yerinə axan qan 14 yaşlı qızım Rəvanəni vahiməyə salır. Yazıq qızcığazın qorxudan ürəyi partlayır. Yoldaşım uşağı qarla basdırır. İnsanlar pərən-pərən düşürlər. 3 uşağı yedəyində qalan çarəsiz yoldaşım baldızımla 3 uşağı meşədə gizlənməli olurlar.

Meşədə çarəsiz qalan insanlar şaxtada ölümlə yaşam arasında mübarizə aparırlar. Yoldaşım Sara 11 yaşlı Nuranəmi, 7 yaşlı Şükürümü bağrına basıb qorumağa çalışır. Amma şaxta onların hər üçünü buz heykələ döndərir. Baldızım Sədaqətin 3 gül balası (12, 7 4 yaşında qızlar) soyuğa tab gətirə bilmir. Ananın gözü qarşısında 3 balasının dəhşətli şəkildə ölməsindən ağır ola bilər?!

7 uşaqdan cəmi biri - 16 yaşlı qızım Şəhla sağ qalır. Balalarını itirən xalası görür ki, Şəhla sağdı onu götürüb meşə ilə hərəkət etməyə başlayır. Ermənilər artıq heç kimin sağ qalacağına inanmayıb geri çəkilirlər. Sədaqətlə Şəhla meşədən enərək üzümlüklə Gülablıya gəlib çıxırlar.

Sinəmə çəkilən bu dağ hər gün mənə olmazın əzab verir. Qardaşımı qoyub gedə bilmədim, amma 3 balamı, həyat yoldaşımı itirdim...

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 21 fevral.- S. 6.