Dilimizi qorumaq müqəddəs borcumuzdur

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür

 

Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi , ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir.

Heydər ƏLİYEV

 

Beynəlxalq Ana Dili Günü bütün dünyada qeyd edilir. Dil hər bir millətin maddi mənəvi irsini qoruyan inkişaf etdirən ən mühüm güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.

Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. O, öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə məhz dil vasitəsilə çatdırır. Bu səbəbdən ana dilimizi qorumalı, yad ifadələrin ona daxil olmasına yol verməməliyik. Böyük siyasətçilər dilçi mütəxəssislər bildirirlər ki, hər bir dilin inkişafında zənginləşməsində, xüsusilə dövlət dili statusu almasında onu təmsil edən xalqın millətin müstəqil dövlətinin olması əsas amildir. Bu mənada 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin daha geniş şəkildə tətbiqi üçün münbit şərait yaranmışdı. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini ölkə ərazisində rəsmi dövlət dili elan etmişdi. Bu dil 1918-1920-ci illərdə dövlət dili kimi işlənsə , 1920-ci il aprelin 28-də ölkəmiz imperiya qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycan dilinin dövlət dili səviyyəsində işlənməsinə imkan verilməsə , milli dilimiz varlığını özəlliyini qoruyub saxlaya bilmiş böyük inkişaf yolu keçmişdir. Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində reallığa çevrilmişdir. Ulu öndərin Azərbaycan dilinin dünya xalqları arasında rəsmi statuslu dil kimi tanınmasında inkişafında xidmətləri əvəzsizdir.

Zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan - Azərbaycana rəhbərlik etməyə başladığı vaxtlardan ana dilimizə böyük qayğı diqqət göstərmişdir. Böyük rəhbərin şəxsi təşəbbüsü, qətiyyəti siyasi uzaqgörənliyi sayəsində 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsi bunun ən bariz nümunəsidir. Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışı zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilmişdir.

Dil siyasətinin əsaslarını yaradan Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə istər siyasi-ictimai, istərsə mədəni aspektdə Azərbaycan dilinin inkişafı üçün bir sıra islahatlar həyata keçirmişdir. Ümummilli liderin imzaladığı sənədlər arasındaDövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixıli fərmanı xüsusi yer tutur. Bu tarixi qərarda Azərbaycan dilinin tətbiqi inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, eləcə bu sahədə həyata keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsinə dövlət qayğısı genişliyi ilə öz əksini tapmışdır. Fərmanın icrası ilə əlaqədar öncə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış, “Azərbaycan Respublikasında dövlət dili haqqındaqanun layihəsinin hazırlanması barədə aidiyyəti qurumlara göstərişlər verilmişdir.

Ulu öndərin 2 yanvar 2003-cü ildə imzaladığıAzərbaycan Respublikasında dövlət dili haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında, adından da göründüyü kimi, Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı, onun tətbiqi, qorunması, habelə inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanıb müvafiq qurumlara bu sahədə konkret işlər görmək tapşırılıb.

Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi tələb edirdi. Dilçi mütəxəssislər, tədqiqatçılar, ulu öndərlə səfərdə olanlar, şair yazıçılar həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində səsləndirməyi çox vacib bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var biz öz dilimizdə danışırıq”.

Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin inkişafı üçün var gücü iradəsi ilə çalışmış, dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpü olması üçün mübarizə aparmışdır. Ulu öndərin ana dilimizə olan diqqət qayğısı sayəsində ölkəmizin bölgələrində “Ana diliabidələri ucaldılmışdır. Dil tarixində əlamətdar önəmli hadisəyə çevrilən bir məqam da var ki, 21 fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Ulu öndərin təbirincə desək, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Ana dili həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: “Nə yaxşı ki Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”. Bu deyim istər-istəməz ana dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların layiqincə həyata keçirilməsinə diqqət bizim vətəndaşlıq borcumuzdur. Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da Azərbaycan dilinin qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur.

Dilimizin inkişafında, onun sevdirilməsində kitabların, şeirlərin və nəsr əsərlərinin böyük rolu vardır. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Ölkə başçısı elm adamlarının, şair və yazıçıların təmsil olunduqları yığıncaqlarda, paytaxtda və bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərində həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, mədəniyyətinə, milli adət-ənənələrinə ehtiramla yanaşılmasını, xüsusi dəyər verilməsini diqqətə çatdırmışdır. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində ana dilimizə qayğıdan söz açarkən Prezident demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

xoş təsadüfdür ki, respublikamızın hər bir guşəsində təntənə ilə qeyd edilən 21 fevral - Beynəlxalq Ana Dili Günü bu il Novruz çərşənbələrinin ilki - Su çərşənbəsi ilə bir gündə qeyd edilir. Su həyatdırsa, ana dili milli varlığımızdır. Su qədər təmiz və uzunömürlü olan ana dilimiz müstəqilliyimiz, əbədiliyimizdir. Onu qorumaq hər birimizin müqəddəs borcudur.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 21 fevral.- S. 7.