Tanınmış alimlərə Azərbaycan Mühəndislik Akademiyasının diplomu, vəsiqəsi və döş nişanları təqdim edilib

 

Fevralın 20-də Azərbaycan Mühəndislik Akademiyasının Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti akademik Arif Paşayev beynəlxalq aləmdə tanınmış alimlər, professor Məsud Əfəndiyevə və professor İldar Qabitova - Azərbaycan Mühəndislik Akademiyasına əcnəbi üzv (akademik) seçilmiş alimlərə ölkəmizlə elmi-texniki sahədə faydalı əməkdaşlığına, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə görə Akademiyanın diplomunu, vəsiqəsini və döş nişanlarını təqdim edib. Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.

Beynəlxalq aləmdə tanınmış, əslən azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.

Digər tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor İldar Qabitov hazırda ABŞ-da FotonikaKvant Materialları Mərkəzinin direktoru, Arizona Universitetində riyaziyyat kafedrasının professoru vəzifəsində çalışır.

Hər iki tanınmış alim Azərbaycan Mühəndislik Akademiyası ilə elmi-texniki sahədə əməkdaşlığı davam etdirirlər.

 

Azərbaycan.- 2017.- 21 fevral.- S. 7.