Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişikliklər təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral
2017-ci il
Azərbaycan.- 2017.- 22 fevral.- S.4.