Ticarət festivalları dövründə fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının ərazisində
alınmış istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan mallara görə
ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması Qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) geri qaytarılması qaydasını tənzimləyir.
1.2. Bu Qaydanın tələbləri, bu Qaydanın 1.3-cü bəndində göstərilən mallar istisna olmaqla, yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və ticarət festivalları dövründə alınmış istehlak mallarına şamil edilir.
1.3. Bu Qayda aşağıdakı
mallara şamil edilmir:
1.3.1. aksizli mallar;
1.3.2. ərzaq
malları;
1.3.3. dərman
preparatları və tibbi ləvazimatlar;
1.3.4. ölkə
daxilində satışı ƏDV-dən azad edilən mallar;
1.3.5. çərçivəyə
salınmamış, emal edilməmiş və ya
çeşidlənməmiş qiymətli daşlar;
1.3.6. külçə
şəklində qiymətli metallar;
1.3.7. nəqliyyat
vasitələri və onların ehtiyat hissələri.
1.4. Bu Qayda bir elektron vergi
hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə
birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq edilir.
1.5. ƏDV-nin alıcıya
qaytarılması nağd ödəniş və ya bank
kartına (və ya hesabına) köçürmə yolu ilə
həyata keçirilir.
1.6. Operatorun göstərdiyi xidmətlərə
görə alıcıya ödəniləcək ƏDV məbləğindən
20 faiz həcmində xidmət haqqı tutulur. Xidmət
haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə
aid edilməklə, bu Qaydanın 4.2-ci bəndində nəzərdə
tutulan tədbirlərin maliyyələşdirilməsi
üçün istifadə edilir.
1.7. Ticarət festivalı
dövründə alınmış mallara görə ödənilmiş
ƏDV həmin malların alındığı gün ərzində
müvəkkil bank tərəfindən qaytarılır. Alınmış mallara görə ödənilmiş
ƏDV-nin malların alındığı gündən
sonrakı günlərdə qaytarılmasına yol verilmir.
1.8. Azərbaycan
Respublikasında ticarət festivalları Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müəyyən
etdiyi qaydada təşkil olunur.
2. Əsas anlayışlar
2.0. Bu Qaydanın məqsədləri
üçün istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.0.1. fiziki şəxs
- Azərbaycan Respublikasının vətəndaşı,
habelə əcnəbi və vətəndaşlığı
olmayan şəxs;
2.0.2. alıcı
- istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malları Azərbaycan Respublikasının ərazisində
alan, bu Qaydanın 2.0.1-ci bəndində nəzərdə
tutulan şəxs;
2.0.3. satıcı
- ticarət festivalları dövründə ƏDV-nin
qaytarılması şərtilə satış həyata
keçirmək üçün qeydiyyata alınan ƏDV
ödəyicisi;
2.0.4. operator -
ticarət festivalları dövründə ƏDV-nin
qaytarılması şərtilə alıcılara təqdim
edilən elektron vergi hesab-fakturalarının (bundan sonra -
e-VHF) tərtib edilməsinə, həmin e-VHF-lər barədə
məlumatların aidiyyəti üzrə ötürülməsinə
imkan verən proqram təminatının və vahid məlumat
bazasının fəaliyyətini təşkil və idarə
edən dövlət orqanı;
2.0.5. stiker -
xüsusi hazırlanmış yapışqanlı
kağız etiket;
2.0.6. risk - vergi
qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi
ehtimalı;
2.0.7. risk qiymətləndirmə
sistemi - məlumatların toplanması, məlumat
bazasının yenilənməsi, risklərin təhlili,
müvafiq proseslər və onların nəticələrinin
mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən
edilməsi, onların təhlükəlilik ehtimalının və
dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək
ziyanın dərəcəsinin qiymətləndirilməsi;
2.0.8. vahid məlumat
bazası - operator tərəfindən idarə olunan, bu Qaydada
nəzərdə tutulmuş hallarda alıcılara ticarət
festivalları dövründə alınmış mallara
görə ödənilmiş ƏDV-nin qaytarılması
üçün zəruri məlumatların inteqrasiya
olunduğu vahid sistem;
2.0.9. ƏDV köşkü - ticarət
festivalı dövründə alınmış mallara görə
ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi
məqsədilə operator tərəfindən xüsusi
yaradılmış köşk;
2.0.10. müvəkkil bank - Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyi
nəzərə alınmaqla və Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası ilə razılaşdırılmaqla operator tərəfindən
müəyyən edilən müvəkkil bank və ya banklar.
3. Satıcının qeydiyyatı
Ticarət festivalları
dövründə ƏDV-nin qaytarılması şərtilə
satış həyata keçirmək üçün vergi
ödəyicilərinin qeydiyyatının aparılması Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
birlikdə müəyyən edilmiş qaydada həyata
keçirilir.
4. Operator
4.1. Operatorun səlahiyyətlərini
Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata
keçirir.
4.2. Operator:
4.2.1. bu Qayda ilə
müəyyən edilmiş hallarda malların
satışının rəsmiləşdirilməsi və əlavə
dəyər vergisinin qaytarılması işlərini təşkil
edir;
4.2.2. aşağıdakı
tələblərə cavab verən proqram təminatının
və vahid məlumat bazasının yaradılmasını və
idarə edilməsini təmin edir:
1. ticarət
festivalları dövründə ƏDV-nin qaytarılması
şərtilə alıcılara təqdim edilmiş mallar
üzrə e-VHF-nin tərtib edilməsi, ştrix-kodla birlikdə
çap edilməsi və həmin e-VHF-lər barədə məlumatların
aidiyyəti üzrə ötürülməsi;
2. alıcı tərəfindən
ƏDV köşkündə təqdim edilən e-VHF-nin
ştrix-kodu əsasında e-VHF-nin məlumatlarının
eyniləşdirilməsi;
4.2.3. proqram təminatının
daim işlək vəziyyətdə saxlanılmasını və
fasiləsiz fəaliyyətini təmin edir;
4.2.4. alınmış mallara görə
ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi
məqsədilə ƏDV köşklərinin fəaliyyətini
təşkil edir və onların sayı, ünvanı və
iş qrafikini Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə razılaşdırmaqla, ƏDV-nin
bu Qaydanın 1.7-ci bəndində müəyyən edilmiş
müddətdə qaytarılması imkanını təmin
edir;
4.2.5. ƏDV köşkündə
risk qiymətləndirilməsinin nəticəsindən
asılı olaraq mallara baxış keçirir;
4.2.6. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
birlikdə stikerin formasını və tətbiqi
qaydasını müəyyən edir.
5. Malların satışının
rəsmiləşdirilməsi
5.1. Ticarət festivalı
dövründə alıcı aldığı malların dəyərini
ödəmək məqsədilə ödəniş nöqtəsinə
yaxınlaşdıqda satıcı ondan ƏDV-nin
qaytarılması hüququndan istifadə etmək barədə
istəyinin olub-olmadığını dəqiqləşdirir.
Alıcı ƏDV-nin qaytarılması
hüququndan istifadə etmək istədikdə, satıcı
ona bu Qaydanın tələbləri barədə ümumi məlumat
verir.
5.2. Alıcı əcnəbi və
ya vətəndaşlığı olmayan şəxs olduqda
satıcı ona bu Qaydanın tələbləri ilə
yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş əlavə dəyər
vergisinin qaytarılması Qaydası”nın tələbləri
barədə ümumi məlumat verir. Alıcı qismində
iştirak edən əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs seçiminə uyğun olaraq,
aldığı mallara görə ödənilmiş
ƏDV-nin bu Qaydanın tələbləri və ya “Əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
tərəfindən Azərbaycan Respublikasının ərazisində
alınmış istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan mallara görə
ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması Qaydası”nın tələbləri
çərçivəsində qaytarılmasını tələb
edə bilər.
5.3. Alıcı tərəfindən
ƏDV-nin qaytarılması hüququndan istifadə etmək
istəyi bildirildikdən sonra satıcı
aşağıdakı məlumatları özündə əks
etdirən e-VHF-ni Azərbaycan Respublikası Vergilər
Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron
vergi hesab-faktura sistemi vasitəsilə tərtib edir və həmin
məlumatları real vaxt rejimində vahid məlumat bazasına
ötürür:
5.3.1. e-VHF-nin seriyası, nömrəsi
və tarixi;
5.3.2. satıcının
adı, soyadı, təsərrüfat subyektinin ünvanı və
VÖEN-i;
5.3.3. alıcının
adı və soyadı;
5.3.4. alıcının
şəxsiyyətini təsdiq edən sənədin
seriyası və nömrəsi;
5.3.5. alıcının
vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı
olmayan şəxsin gəldiyi ölkənin adı);
5.3.6. satılmış
malın adı, miqdarı, vahidinin qiyməti və həmin
qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği;
5.3.7. həmin
e-VHF üzrə alınmış mala görə ödənilmiş
ƏDV-nin qaytarılacağı son tarix;
5.3.8. alıcının
bank kartının (və ya hesabının) rekvizitləri -
alıcının istəyi əsasında;
5.3.9. operatorun və
müvəkkil bankın əlaqə məlumatları və rekvizitləri;
5.3.10. satıcının
təsərrüfat subyektinə ən yaxın ƏDV
köşkünün ünvanı.
5.4. E-VHF ştrix-kod əks olunmaqla
iki nüsxədə çap edilir və hər iki nüsxə
alıcıya təqdim olunur. E-VHF
satıcının imzası və mərkəzində bu əməliyyatların
ƏDV-nin qaytarılması şərtilə həyata
keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə
təsdiqlənməklə təqdim edilir. E-VHF-nin formasını Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.5. Satış nöqtəsində
texniki nasazlıq yaranması səbəbindən e-VHF-nin tərtibi
və çapı mümkün olmadıqda, satıcı tərəfindən
mətbəədə çap edilmiş ciddi hesabat blankı
olan vergi hesab-fakturası 3 nüsxədə tərtib edilir və
bu Qaydanın 5.4-cü bəndinə uyğun olaraq təsdiqlənir.
Onun bir nüsxəsi satıcıda qalır, digər
iki nüsxəsi isə alıcıya verilir.
5.6. Satıcı tərəfindən
texniki nasazlıq bərpa olunduqdan dərhal sonra
aparılmış əməliyyatlar üzrə, bu
Qaydanın 5.3-cü bəndinə uyğun olaraq, e-VHF tərtib
edilir və həmin məlumatlar real vaxt rejimində vahid məlumat
bazasına ötürülür.
6. ƏDV-nin qaytarılması
6.1. Alıcı tərəfindən
ticarət festivalı dövründə alınmış
mallar üzrə ödənilmiş ƏDV-nin
qaytarılması məqsədilə ƏDV köşkündə
aşağıdakı ardıcıllıqla tədbirlər həyata
keçirilir:
6.1.1. alıcı
mallara dair e-VHF-ni ƏDV köşkündə vergi
orqanının əməkdaşına təqdim edir;
6.1.2. e-VHF-nin məlumatları vergi
orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən
sonra avtomatik risk qiymətləndirməsi aparılır;
6.1.3. risk qiymətləndirməsinin
nəticələri əsasında mallara vergi orqanının əməkdaşı
tərəfindən baxılmalı olub-olmadığı
proqram təminatı vasitəsilə açıqlanır. Mallara baxışın keçirilməsi tələb
edildiyi halda alıcı həmin malları baxışın
keçirilməsi məqsədilə vergi orqanının əməkdaşına
təqdim edir. Vergi orqanının əməkdaşı
təqdim edilmiş mallarla vahid məlumat bazasına daxil
edilmiş məlumatların uyğunluğunu yoxlayır,
yoxlamanın nəticələrinə uyğun olaraq,
alıcıya qaytarılacaq ƏDV məbləği barədə
alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi
aparır, onu möhürlə təsdiq etməklə
alıcıya təqdim edir və vahid məlumat bazasında
e-VHF-ni təsdiq etməklə bu barədə məlumatı
real vaxt rejimində müvəkkil banka ötürür;
6.1.4. risk qiymətləndirməsinin
nəticələri əsasında alıcıdan malları
baxış üçün təqdim etmək tələb
olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini
əks etdirən e-VHF vergi orqanının əməkdaşı
tərəfindən möhürlə təsdiq olunur və bu
barədə məlumatlar real vaxt rejimində müvəkkil
banka ötürülür.
6.2. Bu Qaydanın 5.4-cü bəndində
nəzərdə tutulan halda vergi orqanının əməkdaşı
e-VHF-nin satıcı tərəfindən sistemə daxil edilib-edilmədiyini
yoxlayır. Məlumatlar sistemə daxil edildiyi halda bu Qaydanın
6.1.2-6.1.4-cü yarımbəndlərində göstərilən
tədbirlər həyata keçirilir. Məlumatlar sistemə
daxil edilmədiyi halda vergi orqanının əməkdaşı
həmin e-VHF-nin
seriya və nömrəsi əsasında bu Qaydanın
5.6-cı bəndində göstərilən tədbirləri həyata
keçirir. Bu zaman vergi orqanının əməkdaşı
tərəfindən e-VHF-də göstərilən malların
faktiki mövcudluğu yoxlanılır, ona uyğun olaraq e-VHF
hər iki nüsxədə ƏDV-nin yekun məbləği əks
etdirilməklə təsdiq olunur və bu barədə məlumat
real vaxt rejimində müvəkkil banka
ötürülür.
6.3. E-VHF-nin bir nüsxəsi vergi
orqanında saxlanılır, digər nüsxəsi isə
alıcıya qaytarılır.
6.4. Alıcı ƏDV
köşkündə yoxlamadan keçdikdən sonra müvəkkil
bank vergi orqanı tərəfindən möhürlə təsdiq
olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan
ƏDV məbləğini alıcının istəyinə
uyğun olaraq bu Qaydanın 1.7-ci bəndində müəyyən
edilmiş müddətdə milli valyutada nağd ödəniş
və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
münasibətdə isə milli və ya xarici valyutada) bank
kartına (və ya hesabına) köçürmə
qaydasında qaytarır.
6.5. Alıcının istəyinə uyğun olaraq ƏDV-nin qaytarılması bank kartına (və ya hesabına) köçürmə qaydasında həyata keçirildiyi təqdirdə, alıcı vergi orqanı tərəfindən təsdiqlənmiş, bu Qaydanın 5.3.8-ci yarımbəndində nəzərdə tutulan məlumatları əks etdirən e-VHF-nin bir nüsxəsini ƏDV köşkündə bu məqsəd üçün yaradılmış xüsusi qutuya atır.
6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulan e-VHF-lər müvəkkil bank tərəfindən vahid məlumat bazasında təsdiq edilir və qaytarılmalı vəsait alıcının göstərdiyi bank kartına (və ya hesabına) köçürülür.
6.7. ƏDV məbləği alıcının bank kartına (və ya hesabına) köçürülən zaman xarici valyuta ekvivalenti müəyyən edilərkən, müvəkkil bankın ƏDV-nin qaytarıldığı tarixə müəyyən etdiyi məzənnə əsas götürülür.
6.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bu Qaydanın 1.6-cı bəndində göstərilən və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
6.9. Müvəkkil bank ticarət festivalı dövründə bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.
6.10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Qaydanın 6.9-cu bəndində nəzərdə tutulan məbləğə dair rəyini həmin bənddə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
6.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 6.10-cu bəndində nəzərdə tutulmuş rəy daxil olduqdan sonra 3 iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.
6.12. Alıcı
aldığı malı geri qaytardıqda, satıcı
alıcıya təqdim etdiyi e-VHF-nin kağız
daşıyıcıda olan nüsxələrini geri alır və
elektron məlumat bazasında həmin e-VHF-ni ləğv etməklə
müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri
aldıqdan sonra malı qaytararsa, satıcı malın
ƏDV-siz dəyərini alıcıya qaytarır.
Azərbaycan.-
2017.- 22 fevral.- S.4.