ABŞ konqresmeni Xocalı soyqırımına dair bəyanat verib

 

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılardan bəhs olunurbu dəhşətli faciə pislənilir.

Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin “Human Rights Watch” təşkilatına istinad edilərək bu faciənin regionda ən böyük qətliam olaraq qeydə alındığı vurğulanır. Bildirilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqonu, eləcə də ştatın İmperial Vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen Xuan Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür. Əvvəllər Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.

 

Azərbaycan.- 2017.- 22 fevral.- S. 6.