“Xocalı Soyqırımı” adlı kitab
yeddi dildə işıq üzü
görüb
Prezident İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib. Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırımı zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib. Bundan başqa kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb. Kitabda, həmçinin Heydər Əliyev Fondunun və “Xocalıya ədalət!” kampaniyasının Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı fəaliyyəti, bununla bağlı dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələr haqqında da məlumat verilir.
İki min
nüsxə tirajla buraxılan kitab Prezident İlham Əliyevin
tapşırığına əsasən, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə
ölkəmizdə və xaricdə müntəzəm olaraq təşkil edilən beynəlxalq tədbirlərdə,
həmçinin ölkəmizdə səfərdə olan xarici nümayəndə
heyətləri ilə görüşlər zamanı təqdim
olunacaq.
Azərbaycan.
- 2017.- 22 fevral.- S. 5.