Xocalı soyqırımından bəhs edən “Dəhliz”
filminin təqdimatı olub
Fevralın 21-də Beynəlxalq Mətbuat
Mərkəzində Xocalı soyqırımına həsr
edilmiş “Dəhliz” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmdə Xocalı faciəsinin şahidləri ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər və başlarına gələn müsibətlərdən bəhs edirlər.
Təqdimat mərasiminin iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov erməni millətçilərinin Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş bu soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gecə düşmən keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə 613 nəfər günahsız insanı, o cümlədən qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetirib.
Xocalı faciəsinin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu deyən Ə.Amaşov bu hadisənin dünyanın bir sıra ölkələrində soyqırımı kimi tanındığını xatırladıb.
Sonra “Dəhliz” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən
“Kaspi” Təhsil Mərkəzinin rəhbəri
filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qəsbkar ermənilərin
zaman-zaman günahsız
insanların qanlarını
axıtdıqlarını diqqətə
çatdırıb. Qeyd edib
ki, ermənilər Xocalıda törətdikləri
soyqırımı ilə
bağlı fotoşəkilləri
özlərinin başına
gətirilmiş faciə
kimi qələmə verirlər. Deməli, biz dünya ictimaiyyətinə
haqq səsimizi çatdırmaq üçün
daha çox çalışmalıyıq.
Ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa, yalan
məlumatlarla dünya
ictimaiyyətini çaşdırmağa
cəhd göstərdiklərini
bildirən S.Vəliyeva
deyib: “AZƏRTAC-ın
Fransadakı xüsusi
müxbiri Şəhla
Ağalarova belə bir hadisənin
şahidi olub. Fransada bir qoca
erməni Xocalı faciəsi zamanı çəkilmiş fotoları
göstərərək deyirmiş:
“Baxın, azərbaycanlılar
bizim başımıza
necə müsibətlər
gətiriblər”. Göründüyü kimi, ermənilər hadisədən bixəbər
insanları öz yalanlarına inandırmaq üçün hər cür vasitələrə
əl atırlar”.
S.Vəliyeva vurğulayıb
ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
Xocalı soyqırımı
haqqında həqiqətlərin
dünya dövlətlərinə,
parlamentlərinə və
beynəlxalq təşkilatlara
çatdırılması istiqamətində çox
iş görülüb.
Bu, eyni zamanda
hər birimizin vətəndaşlıq borcu
olmalıdır.
“Dəhliz”
filmi barədə təəssüratlarını bölüşən “Kaspi”
Təhsil Mərkəzinin
rəhbəri onun ingilis, fransız və digər xarici dillərə tərcümə olunaraq yayılmasının vacibliyini
vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Bakı
xəbər” qəzetinin
baş redaktoru Aydın Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digər çıxış
edənlər də
film barədə fikirlərini
bölüşüb, erməni
vəhşiliklərinin tarixi
fakt və dəlillərlə ifşa
olunmasının əhəmiyyətini
diqqətə çatdırıblar.
Qeyd edək
ki, “Dəhliz” filminin quruluşçu-rejissoru Elmar
Məlikov, redaktoru Ceyhun
Əsgərov, məsləhətçisi Vüsalə Məmmədovadır.
Azərbaycan.-
2017.- 22 fevral.- S.6.