Torpağı Vətənə çevirən şəhidlər

 

Qarabağ uğrunda ədalətsiz müharibənin başlamsından 29 il ötür

 

Nə ağırdır əsir ömrü yaşamaq!

Daim yadlar əhatəsində olursan!

Bir doğma üz görüb, doğma söz eşitmirsən!

Üzünə gülən, xoş söz deyən, qayğına qalan olmur!

Əksinə, hər dəqiqə aşağılanır, təhqir edilir, işgəncəyə məruz qalırsan!

Doğmalardan nigaran, dostlardan, qohumlardan uzaq, daim məşəqqət içində!

Hələ aclığı, susuzluğu, insani münasibətin yoxluğunu, havanın isti-soyuqluğunu demirik!

Bütün bu zülmə ona görə dözməlisən ki, Azərbaycanlısan!

Bütün bu zülmə ona görə dözməlisən ki, sənin torpağının əlindən alınaraq başqasına verilməsinə razı deyilsən!

Bütün bu zülmə ona görə dözməlisən ki, arxalı düşmən güclü, sən isə zəif və arxasızsan!

Amma haqlısan!

Hamı, bütün dünya bilir ki, ədalət sənin tərəfindədir!

Bilənlərin də hamısı riyakarlıq edir! Özünü elə göstərir ki, guya sənə kömək edir! Amma elə köməyin bir adı olur: gizli düşmənçilik!

Əsirlik nə vaxt bitəcək?

Dünyazaman ağıllanacaq?

Haqq-ədalət haçan yerini tutacaq?

Bunu nə yerdəkilər bilir, nə də göydəki!

Bəs əgər əsir düşən torpağın özüdürsə, onda necə olsun?!

Danışmağa dili, qaçmağa ayağı, vuruşmağa əli olmayan torpaq?

O torpaq ki, adı Vətəndir!

O torpaq ki, onu şəhidlər qanları ilə yoğuraraq Vətənə çeviriblər!

 

***

Düşmən pisliyi bacarırsa, edir!

Evləri dağıdır, ağacları qurudur, meşələri qırır, sərvətləri çapıb-talayır, kənd şəhərləri xarabalığa çevirir!

Axı onun özü bayquş xislətlidir, xarabalığı sevir, viran qalmış yerdə yaşamaqdan zövq alır!

Dalbadal yalançı hərbi təlimlər keçirərək torpağın sinəsini tankın tırtılları mərmilərlə param-parça edir!

Amma bütün bunlar gözdən pərdə asmaq üçündür!

Bizdən it kimi qorxur! Aprel müharibəsində bircə həmlə ilə tərifli səngərlərini, “möhkəmistehkamlarını darmadağın etdik! Tülkü kimi qabağımızdan qaçırdılar, müharibəni dayandırmaq üçün ağalarının müdafiəçilərinin ayaqlarına düşüb yalvarırdılar!

Təkcə təmas xəttindəkilər yox, qondarma qurumun ərazisində yaşayanlar da şey-şüylərini yığıb aradan çıxırdılar!

Arxalarına baxmadan!

Çünki yaxşı bilirlər ki, torpağın yiyəsi vaxtsa öz qisasını alacaq, hesabını soracaq!

qədər ürək-dirək, yeni silah versələr , xeyri yoxdur!

Ürəklərinə xof, canlarına vahimə salmışıq!

Artıq gücümüzü , silahımızı da gördülər!

Həm anladılar ki, havadarları haçansa arxalarından qaça bilər, ya da güvəndiyi gələnəcən işdən keçər!

 

***

Can Vətən!

Yəqin sən bizimçün darıxmısan!

Həm bizdən çox!

Birlikdə olanda necə xoşbəxt idik!

Hər yan gül-çiçək, laləzar idi!

İnsanlar necə şad-xürrəm, firavan yaşayırdılar!

Demək-gülmək, çalıb-oynamaq, toy-bayram keçirmək...

Həmişə sənə baş əyirdik, alın tərimizlə hüsnünü bəzəyirdik.

Həm sənə əyildikcə ucalırdıq...

Amma indi...

Yağı tez-tez sinənə od vurur, tüstün ərşə bülənd olur!

Vəhşi heyvanlar: ilanlar, siçovullar, çaqqallar canavarlar belə murdar sifətliləri görməmək üçün səni tərk edərək bizə tərəf qaçırlar!

Bunu özünə dərd eləmə, axı səndə təqsir!

Özü murdar, əməli yaltaq, mayası haram, sözü yalan olanların yanında kim qalar?!

Döz, can Vətən, döz!

Yaman günün ömrü az olar desələr ! Əslində, bu ayrılıq yaman çox çəkdi!

Lap çox!

 

***

Sənin əsirliyin həm bir sınaq oldu!

Tək həqiqi dostu düşməni yox, özümüzü yaxşı tanıdıq!

Sənin necə igid, qeyrətli, qorxubilməz balaların varmış, ey Vətən!

Onlarla həmişə fəxr edə bilərsən!

Bilirik, hamısına qoynunda rahat yer vermisən!

Amma əsirlikdə qalan parçanda da uyumaq həsrətində olanlar çoxdur! Hətta gor evinə köçənlərin bir qismi yerini dəyişmək üçün azad ediləcəyin günü gözləyir! Həm onu özləri üçün son istəyin icrası, son xoşbəxtlik sayırlar!

Bu gün sənin uğrunda ölmək hamı üçün şərəf hesab olunur!

Hər şəhid övladınla dövlət , ölkənin hər bir vətəndaşı da qürur duyur!

Hələ görəydin aprel döyüşlərinin şəhidlərini necə hörmət ehtiramla dəfn etdilər, izdihama toplaşanlar onların qəhrəmanlığına necə yüksək qiymət verdilər!

Hamı yaxşı bilir ki, şəhid ailəsi, şəhid övladı olmaq elə asan sınaq deyil! Amma dövlət, mərhəmətli insanlar daim onların yanında olur, ehtiyaclarını qarşılayırlar.

Şəhidlərin oğul balaları isə özlərinə hərbçi sənətini seçərək sənin əsirlikdən azad ediləcəyin günün iştirakçısına çevrilməyə çalışırlar!

Doğrudur, adlarını ATƏT-in Minsk qrupunun həmsədri qoyanlar, “beynəlxalq hüququ”, “insan haqlarınıəllərində bayraq edən dövlətlər qurumlar ikiüzlü siyasətdən ikili standartlardan əl çəkmirlər. işğalçını öz adı ilə çağırır, onaözgə torpağından çıxdeyir, ona göstərilən yardımı dayandırırlar!

Hətta adınımüsəlmanqoyanlar belə onlaranəfəsverir, blokadalarını yüngülləşdirməyə çalışırlar.

Amma xeyri yoxdur!

Erməni xalqı ayılmağa ağıllanmağa başlayıb. Nümayəndələri Bakıya gəlir, Xocalı soyqırımı abidəsini ziyarət edir, törədilən əməllərə görə üzr istəyirlər! Həm həqiqəti özlərinkilərə ucadan deyirlər: “İşğal olunmuş ərazilərdən çıxmayana kimi dilənçi kökündə yaşayıb, xoş, rahat gün görməyəcəksiniz!”

Forpost dövlətin marionet başçılarından qurtarmaq, insan kimi yaşamaq vaxtıdır!” - söyləyirlər!

Artıq bu həqiqəti ucadan dilə gətirənlərin sayı günbəgün artır!

deyirik:

Onsuz da biz torpağımızı azad edəcəyik!

Bu, sülh yolu ilə baş versə, daha yaxşıdır!

 

***

Əsir torpaq, sənə o qədər vəd verib əməl etməmişik ki, bəlkə bizə olan ümidlərini itirmisən?

Amma bir həqiqəti bil: nə mümkündürsə, etmişikedirik!

Diplomatiya sahəsində mühüm uğurlara imza atmışıq!

İqtisadisiyasi cəhətdən güclü dövlət yaratmışıq!

Ən yeni texnologiyalar əsasında hazırlanmış silahlarla təchiz edilmiş müasir ordu qurmuşuq!

Vətənpərvər və cəsur hərbçilər yetişdirmişik!

Aprel savaşında özündənrazı düşmənə sarsıdıcı zərbə vuraraq xeyli ərazini işğaldan azad etmişik!

Şübhəsiz, səni də azad edəcəyik!

Şübhəsiz, tezliklə sənə də qovuşacağıq!

Onu da bil ki, biz sənsiz, sən isə bizsiz qalmayacağıq!

Kim oyun oynasa da!

Kifayət qədər gücümüzvar!

Kifayət qədər ən güclü silahlarımız da var!

İlham Əliyev kimi Ali Baş Komandanımız da var!

Hər bir övladın isə hər an uğrunda şəhid getməyə hazırdır!

Onlardır sənin kimi adi torpağı Vətənə çevirən!

Darıxma! İkinci Apreldə görüşənədək!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.- 22 fevral.- S.7.