IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun
keçirilməsi ilə bağlı Tədbirlər Planı
təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, sərəncama
əsasən Tədbirlər Planının icrasına nəzarət
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinə
və Mədəniyyət və Turizm Nazirliyinə həvalə
olunub.
Azərbaycan.-
2017.-23 fevral.- S.2.