Parlamentin fəaliyyətinə verdiyiniz
töhfələr, on minlərlə
insanı yenidən azadlığa qovuşdurmağınız
Milli Məclisin tarixində və
xalqımızın yaddaşında qalacaq
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım,
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti vəzifəsinə təyin
edilməyiniz münasibətilə
Sizi ürəkdən
təbrik edirik!
Dövlətimizin başçısı cənab
İlham Əliyevin bu qərarı xalqımız tərəfindən
minnətdarlıq duyğuları
ilə qarşılanıb. Çünki
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyiniz dəyərli işlər,
geniş ictimai və xeyriyyəçilik
fəaliyyətiniz, səmimiliyiniz,
sadəliyiniz, əhalinin
qayğılarına həssas
münasibətiniz Sizə
insanların dərin inamını, hörmət
və məhəbbətini
qazandırıb.
Biz bu cür yüksək dövləti vəzifədə
öz həmkarımızı
görməkdən sonsuz
qürur hissi keçiririk. Parlamentin fəaliyyətinə Sizin verdiyiniz töhfələr, xüsusən
qanunvericilik təşəbbüsü
hüququnuzdan səmərəli
istifadə edərək
on minlərlə insanı
yenidən azadlığa
qovuşdurmağınız Milli Məclisin tarixində və xalqımızın yaddaşında
həmişəlik qalacaq.
Müasir dövrün çağırışları
dövlətimiz qarşısında
hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə
sinə gərərək,
sabit və ardıcıl inkişafını
təmin edir. İnanırıq ki, Sizə xas olan yüksək
işgüzar və mənəvi keyfiyyətlər,
dərin bilikləriniz,
təşkilatçılıq qabiliyyətiniz dövlətimizin
başçısı tərəfindən
həvalə edilən
vəzifələri yüksək
səviyyədə yerinə
yetirməyinizə kömək
göstərəcək.
Hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti vəzifəsinə
təyin edilməyiniz
münasibətilə Sizi
bir daha səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli dövləti
fəaliyyətinizdə Sizə
böyük uğurlar
arzulayırıq!
Dərin ehtiram hissi ilə,
Azərbaycan Respublikasının
Milli Məclisi
adından
Milli Məclisin
Sədri Oqtay Əsədov
Bakı şəhəri,
22 fevral 2017-ci il.
Azərbaycan.- 2017.- 23 fevral.-
S.3.