Azərbaycanın maliyyə imkanları regionda istənilən
layihənin həyata keçirilməsinə imkan verir
Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” Məşvərət
Şurası çərçivəsində nazirlərin
üçüncü toplantısında iştirak edib
Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə bütün qonaqlarımızı salamlayır və “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştiraka görə minnətdarlığımı bildirmək istəyirəm. Sizin iştirakınız olduqca vacibdir, çünki bu, sizin təmsil etdiyiniz hökumət və təşkilatların “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə çox böyük əhəmiyyət verdiyinin göstəricisidir.
Bu gün qonaqlarımız arasında “Cənub qaz dəhlizi” layihəsinin iştirakçı dövlətlərinin müvafiq nazirləri, ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, Avropa Komissiyasının vitse-prezidenti, şirkətlərin, beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri var. Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi xüsusilə salamlamaq istərdim. Mən bu il ərzində onunla artıq dörd görüş keçirmişəm. Bu isə belə bir mühüm layihənin reallaşdırılmasında Azərbaycan və Avropa Komissiyasının yaxından əməkdaşlıq etdiyini göstərir.
Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub qaz dəhlizi”nin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir.
Beynəlxalq əməkdaşlıq haqqında danışarkən təbii ki, sizin diqqətinizi Azərbaycanın enerji siyasətinin tarixinə yönəltmək istərdim, çünki onsuz bugünkü toplantı mümkün olmazdı. Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan mühüm enerji şirkətlərini ölkəmizdə fəaliyyət göstərməyə dəvət etdi. Tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft və qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. 1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı “XX əsrin müqaviləsi” adlanan kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, ölkəmiz üçün isə transformasiya və inkişaf istiqamətində atılmış ilk vacib addım idi.
Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənilməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.
Bu səbəbdən biz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər veririk. Ölkəmizdə bütün sərmayələr zəruri səviyyədə qorunur, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır. Yəni həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanət var. Bu, sərmayəçilərdə əminlik yaradır və hesab edirəm ki, Azərbaycanın sərmayələrə dəyər verən və onları müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş olmasında mühüm rol oynayır.
“Cənub qaz dəhlizi”nin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir. “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə 1996-cı ildə imzalanmışdır. Bunun özü də tarixi hadisə idi, çünki həmin vaxta qədər Azərbaycan yalnız neft hasil edən ölkə kimi tanınırdı. Lakin “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, - “Şahdəniz” və digər yataqlarının, - təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub qaz dəhlizi” layihəsinin təməlini qoydu.
Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edir və bu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir.
Bütün bunlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq, habelə beynəlxalq maliyyə qurumlarının və bu layihələri strateji hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Layihələr həqiqətən də strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini dəyişməyə başlamışdır. Beləliklə, Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrilmişdir və bu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil edir.
Bunları deməkdə məqsədim bugünkü inkişafın olduqca möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq tarixinə malik olmasını nümayiş etdirməkdir. Eyni zamanda yüksək riskli sahə hesab olunan bu sahədə həmin layihələri maliyyələşdirən beynəlxalq maliyyə qurumlarına da minnətdaram.
“Cənub qaz dəhlizi” bu gün artıq reallıqdır. Bu gün burada layihə ilə bağlı mövcud çağırışları nəzərdən keçirəcəyik. Öz növbəmdə bu layihənin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulamaq istərdim. 2012-ci ildə İstanbulda Prezident Ərdoğan və mən Transanadolu qaz kəmərinə dair tarixi müqaviləyə imza atdıq. Əslində, “Cənub qaz dəhlizi”nin icrası məhz həmin gündən başlayır, çünki o vaxta qədər müxtəlif layihələr, seçimlər və müzakirələr mövcud idi. Potensial qaz layihəsinin reallaşdırılması ilə bağlı bir çox konfrans və seminarlar təşkil edilmişdir. Ancaq İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu.
Bundan sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsinə sərmayə qoyulması ilə bağlı qərar qəbul edildi və TANAP sazişi bağlanmasa idi, həmin qərar verilməzdi. Daha sonra TANAP layihəsinin davamı olaraq, Transadriatik qaz kəməri layihəsi seçildi. Beləliklə, 2012-ci ildə İstanbuldakı mərasim dönüş nöqtəsi oldu, tərəfdaşlarımız bizi dəstəklədi və bu gün həmin sazişin nəticəsi göz qabağındadır.
Bizim tərəfdaşlarımıza - müxtəlif dövlət, şirkət və təşkilat nümayəndələrinə - bu gün bizimlə birlikdə olduqlarına görə öz dərin minnətdarlığımı bildirirəm. Bu, Məşvərət Şurasının üçüncü toplantısıdır və bu yığıncaq artıq yaxşı bir ənənəyə çevrilmişdir. Həyat sübut etmişdir ki, belə toplantının çox vacib mənası var. Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa, biz uğur əldə edə bilmərik. “Cənub qaz dəhlizi”nin bütün dörd seqmenti paralel şəkildə həyata keçirilir. Buna görə də layihənin dəqiq icrası və vaxt qrafikinə riayət olunması ən vacib məsələlərdəndir.
Son dəfə biz ötən il ərzində Bakıda görüşmüşük. Həmin vaxtdan bəri bir çox hadisələr baş vermişdir, layihənin icrası ilə bağlı yaxşı irəliləyiş var. Mənə verilən son məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir.
Bununla yanaşı, Bakıdakı sonuncu görüşümüzdən bəri, növbəti, böyük Abşeron qaz layihəsi üzrə işlərə başlanılmışdır. Biz yataqla bağlı praktiki işlərə, yəni qazma işlərinə başlamağı planlaşdırırıq və Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı artıq hesablanıb. Abşeron yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaqdır.
Bu, ilk növbədə, bizim qaz potensialımızın “Şahdəniz” ilə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz - dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik.
“Cənub qaz dəhlizi” XXI
əsrin layihəsi hesab oluna bilər. Şadam ki, TANAP-ın
icrası ilə bağlı xərclər azalıb. Aldığım son məlumata
görə, bu rəqəm 11,8 milyard
dollardan 8,5 milyard dollara enmişdir. Bir sıra
ölkələrdəki iqtisadi vəziyyətin narahatlıq
doğurduğu belə bir vaxtda xərclərin azalması
olduqca vacib məsələdir. Beləliklə
də TANAP-ın səhmdarları külli miqdarda vəsaitlərinə
qənaət edəcəklər.
Biz layihənin icrası
üçün maliyyə vəsaitinin cəlb edilməsinə
nail olmuşuq. Burada xüsusi olaraq Dünya
Bankını qeyd etmək istərdim. Bu
qurum layihəyə böyük məbləğdə vəsait
ayırmaqla yanaşı, digər maliyyə institutlarına da
siqnal vermiş oldu. “Cənub qaz dəhlizi”
layihəsinin icrasının dəstəklənməsi
üçün böyük məbləğdə maliyyə
vəsaitlərinin ayrılmasına görə Asiya
İnkişaf Bankına və Asiya İnfrastruktur və
İnkişaf Bankına da minnətdarlığımı
bildirirəm.
Burada xüsusi əhəmiyyət
daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan qazı
Asiyaya deyil, Avropaya nəql ediləcəkdir. Lakin
gördüyümüz kimi, layihəyə verilən maliyyə
dəstəyi baxımından Asiya maliyyə qurumları Avropa
təşkilatlarından öndədir. Ümid
edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı,
Avropa İnvestisiya Bankı da maliyyə dəstəyinin verilməsi
və asiyalı tərəfdaşlarından geridə qalmamaq
məsələlərini nəzərdən keçirəcəkdir.
Əks təqdirdə bunu anlamaq çox çətin
olacaqdır.
Azərbaycan öz növbəsində
dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaiti
hesabına layihəyə böyük maliyyə dəstəyi
göstərir. Bu gün Azərbaycanın maliyyə
imkanları regionda istənilən layihənin həyata
keçirilməsinə imkan verir və biz bunu uğurla edirik.
“Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi
layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi
dövlətlərin milli təhlükəsizliyinin tərkib
hissəsidir. Bu, şaxələndirmə
layihəsidir. Şaxələndirmə isə
yalnız istehlakçılara deyil, biz istehsalçılara da
lazımdır. Çünki bizim
çoxşaxəli nəqletmə şəbəkəsinə
ehtiyacımız var. Bu gün ehtiyatlarımızın
müxtəlif təyinat məntəqələrinə nəql
edilməsi üçün bizim 7 kəmərimiz var ki,
bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə “Cənub qaz dəhlizi”dir ki, o
da tezliklə istifadəyə veriləcəkdir.
Biz enerji şaxələndirilməsi
haqqında danışanda nəqletmə marşrutları ilə
yanaşı, mənbələr barəsində də
danışırıq. Xəzər dənizinin Azərbaycan
sektorunda olan mənbələr yeni mənbələrdir və
bu, regionun və Avropa istehlakçılarının qaz ilə
təchizatında yeganə yeni mənbədir. Bu baxımdan, regional və artıq beynəlxalq əməkdaşlıq,
qarşılıqlı etimad və dəstək bu layihənin
həyata keçirilməsinin ən vacib elementlərindəndir.
Bu gün nazirlər səviyyəsində
üçüncü toplantıda biz artıq əmin ola bilərik ki, heç bir maneə bu layihənin
həyata keçirilməsinin qarşısını ala bilməz.
Layihənin icrası ilə bağlı sizə
təqdim etdiyim rəqəmlər bizim layihənin
icrasının yekun mərhələsində olduğumuzu
nümayiş etdirir. Buna baxmayaraq, biz birgə
səylərlə bu layihənin icrasının müəyyən
seqmentləri üzrə süni gecikdirmələrin
qarşısını almalıyıq və əminəm ki,
bu mövzu burada ətraflı müzakirə olunacaqdır.
Bilirik ki, burada müəyyən
müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən
ekoloji və digər bəhanələr ortaya atılacaq.
Ancaq burada biz reallığı nəzərə
almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın
tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı
və bizim bütün neft və qaz layihələrimizin
operatoru olan BP şirkəti ilə birlikdə həyata
keçirdiyi heç bir layihə ilə bağlı, istər
Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə
marşrutu boyu hər hansı bir ekoloji problem baş verməmişdir.
Yadımdadır ki, biz
Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də
layihənin icrasının əleyhinə olan müəyyən
dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan
kampaniyası” adlanan kampaniya başlanılmışdı. Onlar həmin
layihənin nüfuzdan salınması üçün
geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti
adlandırdılar. Təəssüf ki, o
zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər.
Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət
göstərir və o zamandan bəri burada xırda
narahatlıq belə doğuracaq epizod olmamışdır.
Bizim BP və digər tərəfdaşlarımızla
həyata keçirdiyimiz bütün layihələr ən
yüksək ekoloji standartlara cavab verir.
Bu səbəbdən eşidəndə
ki, yenidən “Cənub qaz dəhlizi” və onun hansısa
seqmenti ilə bağlı kimlərdəsə və haradasa
narahatlıq var, biz dərhal 10 il bundan əvvəl
baş verənləri xatırladıq. Həmin
ssenari, həmin üsul və əminəm ki, nəticəsi də
elə həmin cür olacaqdır. Biz “Cənub
qaz dəhlizi” layihəsini həyata keçirəcəyik.
Biz bu uğura birgə nail olacağıq. Burada
yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik?
Vaxt pul deməkdir. Biz bu layihəni
vaxtında icra etməliyik. Dediyim kimi, layihənin
bütün seqmentləri - “Şahdəniz-2”, Cənubi Qafqaz
qaz kəməri, TANAP və TAP paralel şəkildə icra
olunmalıdır.
Təfərrüatına
varmaq istəmirəm. Əminəm ki, bu mövzu ətraflı
müzakirə olunacaq. Belə
toplantıların əhəmiyyəti burada yalnız uğur
və nailiyyətlərdən deyil, eyni zamanda problem,
çağırış və onların həlli yolları
haqqında danışmaqdan ibarətdir.
Toplantının işinə
uğurlar diləyir və bu gün bizimlə birlikdə
olduğunuza görə bir daha minnətdarlığımı
bildirirəm.
* * *
Azərbaycanın energetika naziri Natiq
ƏLİYEV çıxış edərək dedi:
- Çox sağ
olun, cənab Prezident. Mən Məşvərət
Şurasının bütün iştirakçıları
adından dərin məzmunlu nitqinizə, çox dəyərli
tövsiyələriniz və göstərişlərinizə
görə Sizə dərin minnətdarlığımızı
bildirmək istərdim. Nazirlərin
toplantısında Sizin iştirakınız bütün
ölkələr, bütün iştirakçılar
üçün çox vacibdir. Bundan əvvəlki
iki toplantıda olduğu kimi, biz indicə eşitdiyimiz
göstərişlərinizi, baxışlarınızı və
fikirlərinizi çox yüksək qiymətləndiririk.
Bir daha təkrar etmək istərdim ki, bu, bizə
kömək edir. Sizin “Cənub qaz dəhlizi”
layihəsinə dəstəyiniz, Sizin göstərişləriniz
və dediyim kimi, səyləriniz bütün
iştirakçıların öz öhdəliklərini yerinə
yetirmələri üçün böyük əhəmiyyət
kəsb edir. Çünki hazırda biz “Cənub
qaz dəhlizi” layihəsini tamamlamağa çox yaxın mərhələdəyik.
Bilirsiniz ki, çox böyük irəliləyişə
nail olmuşuq. Lakin bəzi ölkələrdə bəzi
maneələrin olduğunu hiss edirik və
düşünürəm ki, nazirlərin bu toplantısı
bizə layihəni uğurla tamamlamaq üçün doğru
yolu tapmağa kömək edəcək.
Cənab Prezident, Sizə bir daha təşəkkürümü
bildirmək və icazənizlə salamlama nitqi
üçün sözü dostumuz, hörmətli
qonağımız Maroş Şefçoviçə vermək
istərdim.
* * *
Avropa Komissiyasının enerji birliyi
üzrə vitse-prezidenti Maroş ŞEFÇOVİÇ
çıxış edərək dedi:
- Hörmətli cənab Prezident.
Təşəkkür edirəm,
cənab nazir.
Hörmətli nazirlər,
beynəlxalq və maliyyə institutlarından olan həmkarlarım,
konsorsiumun nümayəndələri, xanımlar və cənablar.
Mən artıq
üçüncü dəfə mehriban ev
sahibi olduğuna, memarlığın əsl şah əsəri
hesab etdiyim bu gözəl binada bu gün nazirlər
toplantısını təşkil etdiyinə görə cənab
Prezidentə dərin təşəkkürümü bildirmək
istəyirəm. Əminəm ki, bu, bizim
danışıqlarımız üçün gözəl
ab-hava yaradacaq, ötən görüşümüzdən
indiyədək “Cənub qaz dəhlizi” layihəsinin həyata
keçirilməsində müşahidə etdiyimiz əhəmiyyətli
irəliləyişə nəzər salmaq və hələ
qarşıda gördüyümüz
çağırışları müzakirə etmək
üçün kifayət qədər vaxtımız olacaq.
İcazənizlə mən
Prezident Əliyevi Brüsselə çox uğurlu səfəri
münasibətilə də təbrik etmək istərdim. Çünki
hesab edirəm ki, bu, həqiqətən də bizim əlaqələrimizdə
yeni səhifə açdı. Səfər
zamanı biz Azərbaycan ilə Avropa İttifaqını bir
çox aspektlərdə, bir çox sahələrdə
bir-birinə daha da yaxınlaşdıracağını hesab
etdiyim yeni hərtərəfli çərçivə
sazişi ilə bağlı danışıqlara
başladıq. Əminəm ki, bu
razılaşmanın yeni çərçivəsini
müzakirə edəcəyimiz zaman enerji, enerji təhlükəsizliyi,
bir çox digər sahələrdə əməkdaşlıqla
bağlı məsələlər, sözsüz, diqqət mərkəzində
olacaq.
Cənab Prezident öz nitqində “Cənub
qaz dəhlizi”nin bütün dəyər zəncirində,
bu kəmərin bütün mühüm hissələrində
tikinti prosesinin gedişatını çox yaxşı təsvir
etdi. Düşünürəm ki, irəliləyişə təkcə
kəmərin keçdiyi ölkələrdə göstərilən
böyük səylər, görülən işlər sayəsində
deyil, həm də bu masa ətrafında yaradılmış
yaxşı yaradıcı mühit, mütəmadi məlumat
mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə
bağlı davamlı olaraq ortaya çıxan problem və
çağırışları həll etmək
üçün göstərilən səylər sayəsində
nail olunub. Ona görə də, zənnimcə,
iki günlük görüşümüz bizə layihənin
irəliləyişini, qarşıda duran bütün
çağırışları müzakirə etməyə
daha bir imkan yaradacaq. Mən bu layihənin Avropa
İttifaqı üçün, Avropanın enerji təhlükəsizliyi
və şaxələndirmə planlarımız, rəqabətliliyi
və Avropanın enerji təchizatının şaxələndirilməsini
dəstəkləyən açıq likvid bazar kimi
qalmasını təmin edən planlarımız
üçün strateji əhəmiyyətini və bu
çox mühüm region - Xəzər hövzəsi ilə
yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa
malik olmaq imkanını nə dərəcədə qiymətləndirdiyimizi
bir daha vurğulamaq istərdim. Əminəm ki, Sizin qeyd
etdiyiniz kimi, bu, bizim son bir neçə ildə qəbul
etdiyimiz bütün strateji sənədlərdə, təhlükəsizlik
strategiyasından tutmuş enerji birliyinə qədər, Avropa
İttifaqının strateji layihəsindən tutmuş, bizim
bir neçə həftə bundan əvvəl qəbul
etdiyimiz enerji birliyinin vəziyyəti ilə bağlı ikinci
hesabata qədər sənədlərdə öz əksini
tapıb.
Mən, həmçinin beynəlxalq
maliyyə institutlarının iştirakını və
onlarla yaxşı əməkdaşlığı, o cümlədən
Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və
Asiya İnkişaf Bankının layihəyə maliyyə dəstəyini
yüksək qiymətləndirirəm. Mən
çox şadam ki, bizim Avropa İnvestisiya Bankı və
Avropa Yenidənqurma və İnkişaf Bankından olan həmkarlarımız
da bu gün bizimlə buradadırlar. Mən
onları - Avropanın maliyyə institutlarını da qitənin
enerji təhlükəsizliyinin gələcəyi
üçün strateji əhəmiyyət kəsb edən bu
çox mühüm layihənin maliyyələşdirilməsini
dəstəkləməyə cəlb etmək
üçün yollar axtarmağa çağıracağam.
Biz cənab Prezidentlə bu il artıq dörd dəfə
görüşmüşük. Həmçinin
Qarsda təməlqoyma mərasimində iştirak etmişik.
Salonikidə də təməlqoyma mərasimi
olub. Düşünürəm ki, bu təməlqoyma
mərasimlərinin İtaliyada tikilməli və çəkilməli
olan yekun seqmentə doğru necə irəliləməsini
görmək çox mühüm əhəmiyyət kəsb
edirdi. Ona görə də mən
xüsusilə çox şadam ki, nazir Kalenda buradadır.
Çünki mən mərkəzi hökumətin ciddi dəstəyi
ilə həyata keçirilən bütün bu böyükhəcmli
işlərin, buradan başlayan və İtaliyada başa
çatan bu uzun boru kəmərinin tikintisinin vaxtında
yekunlaşmasının təmin edilməsi, uzun illərdən
sonra bu qədər dəstəklədiyimiz şaxələndirmə
vasitəsilə Avropaya yeni mənbədən yeni marşrutla
yeni qazın çatdırılması üçün
göstərilən səylərin tamamlanması məqsədilə
bu layihənin uğurla həyata keçirilməsi üzərində
Karlonun nə qədər səylə
çalışdığını bilirəm.
Mən, həmçinin Cənub-Şərqi
Avropadan, Balkan ölkələrindən olan həmkarlarımızın
burada iştirak etdiyini bildirmək istəyirəm. Çünki
biz onlarla CESEC təşəbbüsü çərçivəsində
çox sıx işləyirik. Bu
qısaltma Mərkəzi və Cənub-Şərqi Avropada
daha yaxşı qaz bağlantısı üzrə yüksək
səviyyəli qrupun adını ifadə edir. Biz bu əməkdaşlığa
iki il bundan əvvəl başladıq,
çünki biz Avropanın bu önəmli regionunda daha
güclü enerji təhlükəsizliyinin təmin
olunmasını, onların ən azından
3 fərqli qaz mənbəyinə
çıxış əldə etməsini, bir qaz təchizatçısından
həddən artıq asılılığın aradan
qaldırılmasını istəyirdik. Qeyd etməliyəm
ki, bu qrupda olan ab-hava çox gözəldir və biz çox
qısa müddət ərzində bu əhəmiyyətli məqsədə
nail olacaq prioritet təşkil edən layihələr üzərində
razılığa gələ bildik.
Mən yunan və bolqar tərəfdaşlarımıza
bu ölkələr arasında olan bağlantı ilə əlaqədar
gördükləri möhtəşəm işlərə
görə minnətdarlığımı ifadə etmək
istəyirəm. Çünki bu işlər nəinki bu iki tərəf
üçün, həm də region üçün, digər
Avropa ölkələri ilə və əlbəttə ki, “Cənub
qaz dəhlizi” və Azərbaycan ilə daha yaxşı
bağlantı nöqteyi-nəzərindən böyük əhəmiyyət
kəsb edəcəkdir.
Beləliklə, cənab
Prezident, nitqimin sonunda mən bizi Bakıda qəbul etdiyiniz və
bu layihəyə güclü rəhbərlik etdiyiniz
üçün Sizə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Biz hamımız əldə
olunmuş bu böyük tərəqqini vurğulamaq
üçün fikir mübadiləsinin aparılmasını
və layihənin vaxtında tamamlanmasını, Xəzər
dənizindən hasil olunan qazın 2020-ci ilə qədər
Avropaya çatdırılmasını təmin etmək
üçün siyasi iradə və hazırlığın,
eyni zamanda biznes tərəfdaşlarımızın bu işə
sadiqliyinin açıq şəkildə nümayiş etdirilməsini
səbirsizliklə gözləyirik. Çox sağ olun, cənab Prezident.
Azərbaycanın maliyyə
imkanları regionda istənilən layihənin həyata
keçirilməsinə imkan verir
Prezident İlham Əliyev “Cənub
qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində
nazirlərin üçüncü toplantısında
iştirak edib
Fevralın 23-də
Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub qaz
dəhlizi” Məşvərət Şurası çərçivəsində
nazirlərin üçüncü toplantısı
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
birgə foto çəkdirildi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev toplantıda
nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar.Hörmətli qonaqlar. Əvvəlcə
bütün qonaqlarımızı salamlayır və “Cənub
qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində
nazirlərin üçüncü toplantısında
iştiraka görə minnətdarlığımı bildirmək
istəyirəm. Sizin iştirakınız
olduqca vacibdir, çünki bu, sizin təmsil etdiyiniz hökumət
və təşkilatların “Cənub qaz dəhlizi” layihəsinin
həyata keçirilməsinə çox böyük əhəmiyyət
verdiyinin göstəricisidir.Bu gün qonaqlarımız
arasında “Cənub qaz dəhlizi” layihəsinin iştirakçı
dövlətlərinin müvafiq nazirləri, ABŞ və
Böyük Britaniya hökumətlərinin yüksək
nümayəndələri, Avropa Komissiyasının
vitse-prezidenti, şirkətlərin, beynəlxalq maliyyə təşkilatlarının
təmsilçiləri var. Avropa Komissiyasının
vitse-prezidenti cənab Şefçoviçi xüsusilə
salamlamaq istərdim. Mən bu il ərzində onunla artıq
dörd görüş keçirmişəm. Bu
isə belə bir mühüm layihənin
reallaşdırılmasında Azərbaycan və Avropa
Komissiyasının yaxından əməkdaşlıq etdiyini
göstərir.Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq
əməkdaşlıq formatını yaratmağa müvəffəq
olmuşuq. Əlbəttə ki, müxtəlif
dövlət, şirkət və maliyyə qurumları
arasında əməkdaşlıq təcrübəsi “Cənub
qaz dəhlizi”nin uğurla həyata keçirilməsinin əsas
səbəbi olmaqla yanaşı, gələcəkdə də
özünün əhəmiyyətli rolunu oynayacaq.
Çünki bu qlobal layihənin icrası başa
çatdırıldıqdan sonra bizim əməkdaşlığımız
müxtəlif sahələr üzrə davam edəcəkdir.Beynəlxalq
əməkdaşlıq haqqında danışarkən təbii
ki, sizin diqqətinizi Azərbaycanın enerji siyasətinin
tarixinə yönəltmək istərdim, çünki onsuz
bugünkü toplantı mümkün olmazdı. Müstəqilliyimiz
bərpa olunandan sonra Azərbaycan mühüm enerji şirkətlərini
ölkəmizdə fəaliyyət göstərməyə dəvət
etdi. Tarixdə ilk dəfə Xəzər dənizi
beynəlxalq əməkdaşlıq məkanına
çevrildi və dünyanın əsas neft və qaz şirkətləri
buraya çox böyük həcmdə sərmayələr
yatırdı. 1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan
sektorunda nəhəng neft ehtiyatlarının istismarı
ilə bağlı “XX əsrin müqaviləsi” adlanan
kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin
xarici sərmayələr üçün
açılması, ölkəmiz üçün isə
transformasiya və inkişaf istiqamətində
atılmış ilk vacib addım idi.Bugünkü Azərbaycan
böyük mənada həmin siyasətin nəticəsidir. Milyardlarla ölçülən xarici sərmayələrin
cəlb edilməsi və Azərbaycana məxsus neft
yataqlarının işlənilməsi uğurlu inkişaf
üçün əhəmiyyətli ilkin şərait
yaratdı. Neft satışından əldə olunan vəsait
infrastruktur və sosial layihələrə, insan
kapitalının inkişafına yönəldilmişdir
və biz bunun nəticəsində ölkə
iqtisadiyyatının şaxələndirilməsinə nail
olmuşuq. Sərmayələr və beynəlxalq
əməkdaşlıq olmasaydı, 1990-cı illərin
ortalarında bunların heç birini etmək mümkün
olmazdı.Bu səbəbdən biz dövlətlər və
şirkətlər arasında beynəlxalq əməkdaşlığa
böyük dəyər veririk. Ölkəmizdə bütün sərmayələr zəruri səviyyədə
qorunur, hasilatın pay bölgüsünə dair Azərbaycanın
beynəlxalq neft şirkətləri ilə
imzaladığı bütün müqavilələr
parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun
formasında Prezident tərəfindən imzalanır. Yəni
həmin müqavilələrin mətninin bir
sözünün belə dəyişdirilməyəcəyi ilə
bağlı 100 faiz zəmanət var. Bu, sərmayəçilərdə
əminlik yaradır və hesab edirəm ki, Azərbaycanın
sərmayələrə dəyər verən və onları
müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş
olmasında mühüm rol oynayır.“Cənub qaz dəhlizi”nin
resurs bazasını nəhəng “Şahdəniz” qaz
yatağı təşkil edir. “Şahdəniz”
yatağının istismarı ilə bağlı müqavilə
1996-cı ildə imzalanmışdır. Bunun özü də
tarixi hadisə idi, çünki həmin vaxta qədər Azərbaycan
yalnız neft hasil edən ölkə kimi tanınırdı.
Lakin “Şahdəniz” layihəsi sayəsində biz
özümüzü nəhəng qaz ehtiyatlarına malik
ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, -
“Şahdəniz” və digər yataqlarının, - təsdiq
edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz
ki, “Şahdəniz” yatağının birinci mərhələdəki
istismarı “Cənub qaz dəhlizi” layihəsinin təməlini
qoydu.Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın
yaranmasında iki mühüm mərhələ oldu.
Regional əməkdaşlığa gəldikdə, bu regionda
üç ölkə - Azərbaycan, Gürcüstan və
Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq
edir və bu üç ölkə dəhlizlər
yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ
idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft
kəməri mövcud deyildi. Biz ilk olaraq buradan
Gürcüstanın Qara dəniz sahillərinədək uzanan
Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan,
Gürcüstan və Türkiyəni birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət
Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan həmin
kəmər bu gün genişləndirilməkdədir.Bütün
bunlar Azərbaycan, Gürcüstan və Türkiyə
arasında regional əməkdaşlıq, habelə beynəlxalq
maliyyə qurumlarının və bu layihələri strateji
hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində
ərsəyə gəlmişdir. Layihələr həqiqətən
də strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini
dəyişməyə başlamışdır. Beləliklə, Azərbaycan dünya bazarlarına
neft tədarük edən etibarlı tərəfdaşa
çevrilmişdir və bu gün bəzi Avropa dövlətlərinin
enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil
edir.Bunları deməkdə məqsədim bugünkü
inkişafın olduqca möhkəm təməl, fəal
iş, qarşılıqlı etimad və əməkdaşlıq
tarixinə malik olmasını nümayiş etdirməkdir. Eyni
zamanda yüksək riskli sahə hesab olunan bu sahədə həmin
layihələri maliyyələşdirən beynəlxalq maliyyə
qurumlarına da minnətdaram. “Cənub qaz dəhlizi” bu gün
artıq reallıqdır. Bu gün burada layihə
ilə bağlı mövcud
çağırışları nəzərdən
keçirəcəyik. Öz növbəmdə bu layihənin
həyata keçirilməsində Azərbaycan və Türkiyə
arasında olan əməkdaşlığın xüsusi əhəmiyyətini
vurğulamaq istərdim. 2012-ci ildə İstanbulda Prezident
Ərdoğan və mən Transanadolu qaz kəmərinə
dair tarixi müqaviləyə imza atdıq. Əslində, “Cənub
qaz dəhlizi”nin icrası məhz həmin gündən
başlayır, çünki o vaxta qədər müxtəlif
layihələr, seçimlər və müzakirələr
mövcud idi. Potensial qaz layihəsinin
reallaşdırılması ilə bağlı bir çox
konfrans və seminarlar təşkil edilmişdir. Ancaq
İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi
oldu.Bundan sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsinə
sərmayə qoyulması ilə bağlı qərar qəbul
edildi və TANAP sazişi bağlanmasa idi, həmin qərar
verilməzdi. Daha sonra TANAP layihəsinin davamı olaraq,
Transadriatik qaz kəməri layihəsi seçildi. Beləliklə, 2012-ci ildə İstanbuldakı mərasim
dönüş nöqtəsi oldu, tərəfdaşlarımız
bizi dəstəklədi və bu gün həmin sazişin nəticəsi
göz qabağındadır.Bizim tərəfdaşlarımıza
- müxtəlif dövlət, şirkət və təşkilat
nümayəndələrinə - bu gün bizimlə
birlikdə olduqlarına görə öz dərin minnətdarlığımı
bildirirəm. Bu, Məşvərət Şurasının
üçüncü toplantısıdır və bu
yığıncaq artıq yaxşı bir ənənəyə
çevrilmişdir. Həyat sübut etmişdir ki, belə
toplantının çox vacib mənası var. Biz yalnız
görülmüş işləri nəzərdən
keçirmirik. Ən əsası odur ki, gələcəklə
bağlı planlar qurur və səylərimizi əlaqələndiririk.
Əlaqələndirmə olmazsa, biz uğur əldə edə
bilmərik. “Cənub qaz dəhlizi”nin bütün dörd
seqmenti paralel şəkildə həyata keçirilir. Buna
görə də layihənin dəqiq icrası və vaxt
qrafikinə riayət olunması ən vacib məsələlərdəndir.Son
dəfə biz ötən il ərzində Bakıda görüşmüşük.
Həmin vaxtdan bəri bir çox hadisələr baş
vermişdir, layihənin icrası ilə bağlı
yaxşı irəliləyiş var. Mənə verilən son
məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə
işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri
üzrə 80 faizə yaxını, TANAP 65 faiz və
Transadriatik kəməri üzrə isə 34 faizi icra
edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir.
Ötən ilin fevralında nazirlər səviyyəsində
keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti
götürsək, bu gün böyük irəliləyişin
şahidi olarıq. Bu, layihənin uğurlu icrasının
vacib göstəricisidir.Bununla yanaşı, Bakıdakı
sonuncu görüşümüzdən bəri, növbəti,
böyük Abşeron qaz layihəsi üzrə işlərə
başlanılmışdır. Biz yataqla bağlı praktiki
işlərə, yəni qazma işlərinə
başlamağı planlaşdırırıq və
Abşeron yatağının birinci mərhələsi üzrə
qaz potensialı artıq hesablanıb. Abşeron yatağı
Azərbaycanın qaz potensialının əlavə mənbəyi
olacaqdır.Bu, ilk növbədə, bizim qaz
potensialımızın “Şahdəniz” ilə məhdudlaşmadığını
nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən
nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2
trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin
icrasının digər layihələrin
reallaşdırılması baxımından nə dərəcədə
əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər
qaz yataqlarına sərmayələrin cəlb edilməsi
çətin olardı. Bütün bunlar hamımızın
mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan
şəbəkə vasitəsilə nə qədər
çox qaz nəql edilsə, biz - dövlətlər və
şirkətlər bundan bir o qədər bəhrələnəcəyik.“Cənub
qaz dəhlizi” XXI əsrin layihəsi hesab oluna bilər.
Şadam ki, TANAP-ın icrası ilə bağlı xərclər
azalıb. Aldığım son məlumata görə, bu rəqəm
11,8 milyard dollardan 8,5 milyard dollara enmişdir. Bir sıra
ölkələrdəki iqtisadi vəziyyətin narahatlıq
doğurduğu belə bir vaxtda xərclərin azalması
olduqca vacib məsələdir. Beləliklə də
TANAP-ın səhmdarları külli miqdarda vəsaitlərinə
qənaət edəcəklər.Biz layihənin icrası
üçün maliyyə vəsaitinin cəlb edilməsinə
nail olmuşuq. Burada xüsusi olaraq Dünya Bankını qeyd
etmək istərdim. Bu qurum layihəyə böyük məbləğdə
vəsait ayırmaqla yanaşı, digər maliyyə
institutlarına da siqnal vermiş oldu. “Cənub
qaz dəhlizi” layihəsinin icrasının dəstəklənməsi
üçün böyük məbləğdə maliyyə
vəsaitlərinin ayrılmasına görə Asiya
İnkişaf Bankına və Asiya İnfrastruktur və
İnkişaf Bankına da minnətdarlığımı
bildirirəm.Burada xüsusi əhəmiyyət daşıyan məqam
ondan ibarətdir ki, Azərbaycan qazı Asiyaya deyil, Avropaya nəql
ediləcəkdir. Lakin gördüyümüz
kimi, layihəyə verilən maliyyə dəstəyi
baxımından Asiya maliyyə qurumları Avropa təşkilatlarından
öndədir. Ümid edirik ki, Avropa Yenidənqurma və
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı da maliyyə
dəstəyinin verilməsi və asiyalı tərəfdaşlarından
geridə qalmamaq məsələlərini
nəzərdən keçirəcəkdir. Əks təqdirdə
bunu anlamaq çox çətin olacaqdır.Azərbaycan
öz növbəsində dövlət büdcəsi və
Dövlət Neft Fondunun vəsaiti hesabına layihəyə
böyük maliyyə dəstəyi göstərir. Bu
gün Azərbaycanın maliyyə imkanları regionda istənilən
layihənin həyata keçirilməsinə imkan verir və
biz bunu uğurla edirik. “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi
layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi
dövlətlərin milli təhlükəsizliyinin tərkib
hissəsidir. Bu, şaxələndirmə layihəsidir.
Şaxələndirmə isə yalnız
istehlakçılara deyil, biz istehsalçılara da
lazımdır. Çünki bizim çoxşaxəli nəqletmə
şəbəkəsinə ehtiyacımız var. Bu gün
ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə
nəql edilməsi üçün bizim 7 kəmərimiz var
ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi
isə “Cənub qaz dəhlizi”dir ki, o da tezliklə istifadəyə
veriləcəkdir.Biz enerji şaxələndirilməsi
haqqında danışanda nəqletmə marşrutları ilə
yanaşı, mənbələr barəsində də
danışırıq. Xəzər dənizinin Azərbaycan
sektorunda olan mənbələr yeni mənbələrdir və
bu, regionun və Avropa istehlakçılarının qaz ilə
təchizatında yeganə yeni mənbədir. Bu
baxımdan, regional və artıq beynəlxalq əməkdaşlıq,
qarşılıqlı etimad və dəstək bu layihənin
həyata keçirilməsinin ən vacib elementlərindəndir.Bu
gün nazirlər səviyyəsində üçüncü
toplantıda biz artıq əmin ola bilərik ki, heç bir
maneə bu layihənin həyata keçirilməsinin
qarşısını ala bilməz. Layihənin icrası ilə
bağlı sizə təqdim etdiyim rəqəmlər bizim
layihənin icrasının yekun mərhələsində
olduğumuzu nümayiş etdirir. Buna baxmayaraq,
biz birgə səylərlə bu layihənin icrasının
müəyyən seqmentləri üzrə süni gecikdirmələrin
qarşısını almalıyıq və əminəm ki,
bu mövzu burada ətraflı müzakirə
olunacaqdır.Bilirik ki, burada müəyyən müdaxilə və
kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji
və digər bəhanələr ortaya atılacaq. Ancaq burada
biz reallığı nəzərə almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın
tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı
və bizim bütün neft və qaz layihələrimizin
operatoru olan BP şirkəti ilə birlikdə həyata
keçirdiyi heç bir layihə ilə bağlı, istər
Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə
marşrutu boyu hər hansı bir ekoloji problem
baş verməmişdir.Yadımdadır ki, biz
Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də
layihənin icrasının əleyhinə olan müəyyən
dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan
kampaniyası” adlanan kampaniya başlanılmışdı.
Onlar həmin layihənin nüfuzdan salınması
üçün geniş fəaliyyətə
başladılar. Layihəni regionun ekoloji fəlakəti
adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə
qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan
artıq 11 ildir ki, fəaliyyət göstərir və o
zamandan bəri burada xırda narahatlıq belə doğuracaq
epizod olmamışdır. Bizim BP və digər
tərəfdaşlarımızla həyata keçirdiyimiz
bütün layihələr ən yüksək ekoloji
standartlara cavab verir.Bu səbəbdən eşidəndə ki,
yenidən “Cənub qaz dəhlizi” və onun hansısa seqmenti
ilə bağlı kimlərdəsə və haradasa
narahatlıq var, biz dərhal 10 il bundan əvvəl
baş verənləri xatırladıq. Həmin ssenari, həmin
üsul və əminəm ki, nəticəsi də elə həmin
cür olacaqdır. Biz “Cənub qaz dəhlizi” layihəsini həyata
keçirəcəyik. Biz bu uğura birgə nail
olacağıq. Burada yeganə itirə biləcəyimiz
zamandır. Biz isə nəyə görə vaxt itirməliyik?
Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik.
Dediyim kimi, layihənin bütün seqmentləri - “Şahdəniz-2”,
Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP paralel şəkildə
icra olunmalıdır.Təfərrüatına varmaq istəmirəm.
Əminəm ki, bu mövzu ətraflı müzakirə
olunacaq. Belə toplantıların əhəmiyyəti
burada yalnız uğur və nailiyyətlərdən deyil, eyni
zamanda problem, çağırış və onların həlli
yolları haqqında danışmaqdan ibarətdir.Toplantının
işinə uğurlar diləyir və bu gün bizimlə
birlikdə olduğunuza görə bir daha minnətdarlığımı
bildirirəm.
* * *
Azərbaycanın energetika naziri
Natiq ƏLİYEV çıxış edərək dedi:
- Çox sağ olun, cənab
Prezident. Mən Məşvərət Şurasının
bütün iştirakçıları adından dərin məzmunlu
nitqinizə, çox dəyərli tövsiyələriniz və
göstərişlərinizə görə Sizə dərin
minnətdarlığımızı bildirmək istərdim.
Nazirlərin toplantısında Sizin iştirakınız
bütün ölkələr, bütün
iştirakçılar üçün çox vacibdir. Bundan
əvvəlki iki toplantıda olduğu kimi, biz indicə
eşitdiyimiz göstərişlərinizi,
baxışlarınızı və fikirlərinizi çox
yüksək qiymətləndiririk. Bir daha təkrar etmək
istərdim ki, bu, bizə kömək edir.
Sizin “Cənub qaz dəhlizi” layihəsinə
dəstəyiniz, Sizin göstərişləriniz və dediyim
kimi, səyləriniz bütün iştirakçıların
öz öhdəliklərini yerinə yetirmələri
üçün böyük əhəmiyyət kəsb edir.
Çünki hazırda biz “Cənub qaz dəhlizi” layihəsini
tamamlamağa çox yaxın mərhələdəyik.
Bilirsiniz ki, çox böyük irəliləyişə nail
olmuşuq. Lakin bəzi ölkələrdə bəzi maneələrin
olduğunu hiss edirik və düşünürəm ki, nazirlərin
bu toplantısı bizə layihəni uğurla tamamlamaq
üçün doğru yolu tapmağa kömək edəcək.
Cənab Prezident, Sizə bir daha təşəkkürümü
bildirmək və icazənizlə salamlama nitqi
üçün sözü dostumuz, hörmətli
qonağımız Maroş Şefçoviçə vermək
istərdim.
*
* *
Avropa Komissiyasının enerji
birliyi üzrə vitse-prezidenti Maroş
ŞEFÇOVİÇ çıxış edərək
dedi:-
Hörmətli cənab Prezident.Təşəkkür
edirəm, cənab nazir.Hörmətli nazirlər, beynəlxalq
və maliyyə institutlarından olan həmkarlarım,
konsorsiumun nümayəndələri, xanımlar və cənablar.Mən
artıq üçüncü dəfə mehriban ev sahibi
olduğuna, memarlığın əsl şah əsəri
hesab etdiyim bu gözəl binada bu gün nazirlər
toplantısını təşkil etdiyinə görə cənab
Prezidentə dərin təşəkkürümü bildirmək
istəyirəm. Əminəm ki, bu, bizim
danışıqlarımız üçün gözəl
ab-hava yaradacaq, ötən görüşümüzdən
indiyədək “Cənub qaz dəhlizi” layihəsinin həyata
keçirilməsində müşahidə etdiyimiz əhəmiyyətli
irəliləyişə nəzər salmaq və hələ
qarşıda gördüyümüz
çağırışları müzakirə etmək
üçün kifayət qədər vaxtımız olacaq.
İcazənizlə mən Prezident
Əliyevi Brüsselə çox uğurlu səfəri
münasibətilə də təbrik etmək istərdim.
Çünki hesab edirəm ki, bu, həqiqətən də
bizim əlaqələrimizdə yeni səhifə
açdı. Səfər zamanı biz Azərbaycan ilə
Avropa İttifaqını bir çox aspektlərdə, bir
çox sahələrdə bir-birinə daha da
yaxınlaşdıracağını hesab etdiyim yeni hərtərəfli
çərçivə sazişi ilə bağlı
danışıqlara başladıq. Əminəm ki, bu
razılaşmanın yeni çərçivəsini
müzakirə edəcəyimiz zaman enerji, enerji təhlükəsizliyi,
bir çox digər sahələrdə əməkdaşlıqla
bağlı məsələlər, sözsüz, diqqət mərkəzində
olacaq.
Cənab Prezident öz nitqində
“Cənub qaz dəhlizi”nin bütün dəyər zəncirində,
bu kəmərin bütün mühüm hissələrində
tikinti prosesinin gedişatını çox yaxşı təsvir
etdi. Düşünürəm ki, irəliləyişə təkcə
kəmərin keçdiyi ölkələrdə göstərilən
böyük səylər, görülən işlər sayəsində
deyil, həm də bu masa ətrafında yaradılmış
yaxşı yaradıcı mühit, mütəmadi məlumat
mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə
bağlı davamlı olaraq ortaya çıxan problem və
çağırışları həll etmək
üçün göstərilən səylər sayəsində
nail olunub. Ona görə də, zənnimcə, iki
günlük görüşümüz bizə layihənin irəliləyişini,
qarşıda duran bütün
çağırışları müzakirə etməyə
daha bir imkan yaradacaq. Mən bu layihənin Avropa İttifaqı
üçün, Avropanın enerji təhlükəsizliyi və
şaxələndirmə planlarımız, rəqabətliliyi
və Avropanın enerji təchizatının şaxələndirilməsini
dəstəkləyən açıq likvid bazar kimi
qalmasını təmin edən planlarımız
üçün strateji əhəmiyyətini və bu
çox mühüm region - Xəzər hövzəsi ilə
yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa
malik olmaq imkanını nə dərəcədə qiymətləndirdiyimizi
bir daha vurğulamaq istərdim. Əminəm ki, Sizin qeyd
etdiyiniz kimi, bu, bizim son bir neçə ildə qəbul
etdiyimiz bütün strateji sənədlərdə, təhlükəsizlik
strategiyasından tutmuş enerji birliyinə qədər, Avropa
İttifaqının strateji layihəsindən tutmuş, bizim
bir neçə həftə bundan əvvəl qəbul
etdiyimiz enerji birliyinin vəziyyəti ilə bağlı ikinci
hesabata qədər sənədlərdə öz əksini
tapıb.
Mən, həmçinin beynəlxalq
maliyyə institutlarının iştirakını və
onlarla yaxşı əməkdaşlığı, o cümlədən
Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və
Asiya İnkişaf Bankının layihəyə maliyyə dəstəyini
yüksək qiymətləndirirəm. Mən çox
şadam ki, bizim Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma
və İnkişaf Bankından olan həmkarlarımız da
bu gün bizimlə buradadırlar. Mən onları -
Avropanın maliyyə institutlarını da qitənin enerji təhlükəsizliyinin
gələcəyi üçün strateji əhəmiyyət
kəsb edən bu çox mühüm layihənin maliyyələşdirilməsini
dəstəkləməyə cəlb etmək
üçün yollar axtarmağa çağıracağam.
Biz cənab Prezidentlə bu il
artıq dörd dəfə görüşmüşük. Həmçinin
Qarsda təməlqoyma mərasimində iştirak etmişik.
Salonikidə də təməlqoyma mərasimi olub.
Düşünürəm ki, bu təməlqoyma mərasimlərinin
İtaliyada tikilməli və çəkilməli olan yekun seqmentə
doğru necə irəliləməsini görmək çox
mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də
mən xüsusilə çox şadam ki, nazir Kalenda
buradadır. Çünki mən mərkəzi hökumətin
ciddi dəstəyi ilə həyata keçirilən
bütün bu böyükhəcmli işlərin, buradan
başlayan və İtaliyada başa çatan bu uzun boru kəmərinin
tikintisinin vaxtında yekunlaşmasının təmin edilməsi,
uzun illərdən sonra bu qədər dəstəklədiyimiz
şaxələndirmə vasitəsilə Avropaya yeni mənbədən
yeni marşrutla yeni qazın çatdırılması
üçün göstərilən səylərin tamamlanması
məqsədilə bu layihənin uğurla həyata
keçirilməsi üzərində Karlonun nə qədər
səylə çalışdığını bilirəm.
Mən, həmçinin Cənub-Şərqi Avropadan, Balkan
ölkələrindən olan həmkarlarımızın
burada iştirak etdiyini bildirmək istəyirəm.
Çünki biz onlarla CESEC təşəbbüsü çərçivəsində
çox sıx işləyirik. Bu qısaltma Mərkəzi və
Cənub-Şərqi Avropada daha yaxşı qaz
bağlantısı üzrə yüksək səviyyəli
qrupun adını ifadə edir. Biz bu əməkdaşlığa
iki il bundan əvvəl başladıq, çünki biz
Avropanın bu önəmli regionunda daha güclü enerji təhlükəsizliyinin
təmin olunmasını, onların ən azından 3 fərqli
qaz mənbəyinə çıxış əldə etməsini,
bir qaz təchizatçısından həddən artıq
asılılığın aradan qaldırılmasını
istəyirdik. Qeyd etməliyəm ki, bu qrupda olan ab-hava çox
gözəldir və biz çox qısa müddət ərzində
bu əhəmiyyətli məqsədə nail olacaq prioritet təşkil
edən layihələr üzərində razılığa gələ
bildik.
Mən yunan və bolqar tərəfdaşlarımıza
bu ölkələr arasında olan bağlantı ilə əlaqədar
gördükləri möhtəşəm işlərə
görə minnətdarlığımı ifadə etmək
istəyirəm. Çünki bu işlər nəinki bu iki tərəf
üçün, həm də region üçün, digər
Avropa ölkələri ilə və əlbəttə ki, “Cənub
qaz dəhlizi” və Azərbaycan ilə daha yaxşı
bağlantı nöqteyi-nəzərindən böyük əhəmiyyət
kəsb edəcəkdir.
Beləliklə, cənab Prezident, nitqimin
sonunda mən bizi Bakıda qəbul etdiyiniz və bu layihəyə
güclü rəhbərlik etdiyiniz üçün Sizə
bir daha təşəkkürümü bildirmək istəyirəm.
Biz hamımız əldə olunmuş bu böyük tərəqqini
vurğulamaq üçün fikir mübadiləsinin
aparılmasını və layihənin vaxtında
tamamlanmasını, Xəzər dənizindən hasil olunan
qazın 2020-ci ilə qədər Avropaya
çatdırılmasını təmin etmək
üçün siyasi iradə və hazırlığın,
eyni zamanda biznes tərəfdaşlarımızın bu işə
sadiqliyinin açıq şəkildə nümayiş etdirilməsini
səbirsizliklə gözləyirik. Çox sağ olun,
cənab Prezident.
Azərbaycan.-
2017.-24 fevral.- S.1, 2.