“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 301-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 813; 2016,  ¹ 3, maddə 411, ¹ 11, maddə 1756) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.3.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.6-cı maddə əlavə olunsun:

“6.3.6. investisiya qiymətli kağızlarının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxılarsa).”.

2. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“23.1. İnvestisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılır. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır.”.

3. 91.1-ci maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral  2017-ci il

 

Azərbaycan.- 2017.- 24 fevral.- S.3.