“Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 365; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1072; 2010, ¹ 3, maddə 168; 2012, ¹ 11, maddə 1057; 2013, ¹ 11, maddə 1313; 2015, ¹ 11, maddə 1279) 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2017-ci il
Azərbaycan.- 2017.- 24 fevral.-
S.3.