Mehriban Əliyeva: "Sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir"

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib.

 

"Əziz dostlar!

Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm xaricdən çox sayda təbriklər alıram.

Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.

Bu təyinat mənim üçün çox böyük etimad şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin xalqımızın maraqları olmuşdur.

İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq.

Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.

Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır.

Əziz dostlar, mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.

Ölkəmizin gələcəyi, onun inkişafı firavanlığı üçün bizim hər birimiz cavabdehik.

Bu gün sizin səmimi diləkləriniz dəstəyiniz mənim üçün çox vacibdir.

Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.

Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə xalqıma xidmət, mərhəmət ədalət, tolerantlıq ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam.

Hər birinizə uğurlar, cansağlığı firavanlıq, doğma Vətənimizə isə sülh inkişaf arzulayıram!"

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.1.