Mehriban Əliyevanın yeni missiyası xarici KİV-də geniş işıqlandırılır

 

Türkiyə mətbuatı Azərbaycanın Birinci vitse-prezidentinin təyinatını uğurlu seçim kimi qiymətləndirir

 

Azərbaycanın dövlət idarəçiliyində artıq yeni və kifayət qədər fərqli bir mərhələ başlanır. Ötən il keçirilən və xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənən ümumxalq səsverməsinin nəticəsi olaraq Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva təyin olunub.

Ölkə daxilində və xaricində verilən reaksiyalar göstərir ki, bu təyinat böyük rəğbətlə qarşılanır. Hesab edilir ki, Azərbaycanın birinci xanımı yeni vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək ölkəsinə  xidmət etməyin həm də yeni bir nümunəsini ortaya qoyacaq.

Xatırlatmaq yerinə düşərdi ki, hələ təyinatdan əvvəl səslənən fikirlərdən, aparılan sorğulardan aydın olurdu ki, ölkə ictimaiyyəti Birinci vitse-prezident vəzifəsində məhz Mehriban Əliyevanı görmək istəyir. Çünki buna qədər o, fəaliyyəti ilə, bütün sahələrdə mütləq mənada uğurları ilə Azərbaycan xalqının qəlbini fəth edə bilib. Mehriban Əliyeva bu günə qədər olan bütün fəaliyyəti ilə Azərbaycan qadınının adını ən yüksək pillələrə qaldırıb, eyni zamanda ölkəmizi bütün dünyada uğurla təmsil edib. Bu mənada tam qətiyyətlə söyləmək olar ki,  Prezident İlham Əliyev Birinci vitse-prezident təyinatı  ilə həm də  hamının ürəyindən olan  bir qərar verdi.

Təkcə Azərbaycanda yox, bu məsələni ölkə xaricində diqqət mərkəzində saxlayanlar da belə bir fikirə hakimdirlər ki, Azərbaycan dövləti və xalqı üçün çox işlər görən Mehriban Əliyeva  Birinci vitse-prezident vəzifəsində də özünü görkəmli dövlət xadimi kimi təsdiqləyəcək, ölkəsinə daha çox xidmət göstərəcək. Elə qardaş Türkiyənin media orqanlarında da  məsələyə məhz  bu rakursdan yanaşılır.  Qeyd olunur ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın uğurlarını daha da artıracaq.

Hüriyyet” qəzeti Birinci vitse-prezident vəzifəsinin Azərbaycanda idarəçilik üçün yeni olduğuna diqqət çəkərək yazır ki, ixtisasca həkim olan Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Qəzet Mehriban Əliyevanın ölkənin ictimai həyatında fəal rola malik olduğunu, bu istiqamətdə genişmiqyaslı işlər gördüyünüxüsusi vurğulayır. Əsas gözləntilər isə onun Birinci vitse-prezident vəzifəsində də özünü tam doğruldacağı, Azərbaycana uğurlu xidməti davam etdirəcəyidir.

“Cümhuriyyət” qəzeti də Azərbaycanda Birinci vitse-prezident təyinatına diqqət çəkərək bu vəzifənin böyük məsuliyyətindən, missiyalarından geniş şəkildə bəhs edib. Qəzet  Mehriban Əliyevanın buna qədər Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri   olduğuna diqqət yetirir, bu vəzifələrdə onun özünü doğrultmasına diqqət çəkilir.

İngilis dilində nəşr edilən və Türkiyənin aparıcı mətbu orqanlarından sayılan “Hüriyyet Deyli Nyus” qəzəti isə yazır ki, ötən ilin sentyabrında baş tutan referendumdan sonra müəyyənləşdirilən Birinci vitse-prezident vəzifəsi Azərbaycanın ictimai-siyasi həyatında böyük rola malik olacaq. Bu vəzifəyə ölkənin birinci xanımının təyin edilməsinin zəruriliyi haqda Azərbaycan ictimaiyyətində elə o vaxtdan fikir formalaşmışdı.

Anadolu Xəbər Agentliyi  bu məsələni önə çəkib. “Prezident İlham Əliyev Mehriban Əliyevanı Konstitusiyada edilən dəyişikliklərə uyğun olaraq Birinci vitse-prezident təyin etdi” başlıqlı xəbərə yer ayırıb.

Doğan Xəbər Agentliyi də “İlham Əliyev Mehriban Əliyevanı vəzifəyə təyin etdi” başlıqlı xəbər verib.

Türkiyənin nüfuzlu televiziya kanalı NTV də “İlham Əliyev Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etdi” başlıqlı xəbər paylaşıb. Xəbərdə bildirilir ki, Azərbaycanda ötən  ilin sentyabr ayında keçirilən ümumxalq referendumunda seçicilərin 86,6  faizlik etimadı ilə qəbul olunan Konstitusiya dəyişikliklərindən sonra Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan ictimaiyyətində geniş əks-sədaya səbəb olub.

Ulusalkanal.com.tr” saytı da bunu diqqət mərkəzində saxlayır və bildirir ki, Birinci vitse-prezident vəzifəsi Azərbaycanda həyata keçirilən son referendumdan sonra müəyyən olunubböyük önəmə malikdir. Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi razılıqla  qarşılanıb, çünki onun rəhbəri olduğu Heydər Əliyev Fondu böyük missiyalar yerinə yetirir.

Aljazeera.com.tr”, “haberler.com”, “karar.com”, “haber1.com” və s. xəbər agentlikləri də “Prezident İlham Əliyev Mehriban Əliyevaya vəzifə verdi” başlıqlı xəbərlərə yer ayırıblar.

Ümumiyyətlə, Türkiyə mediasında yayılan məlumatlar bir daha onu göstərir ki, Mehriban Əliyevanın təyinatı hər yerdə yüksək dəyərləndirilir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.1, 4.