XXI əsrin layihəsi

 

Azərbaycan “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində nümunəvi əməkdaşlıq formatı yaradıb

 

Enerji strategiyamızın uğurla həyata keçirilməsi yeni layihələrin üzərində işlənilməsini vacib edir. Tərəfdaş ölkələrlə birgə çəkilən neftqaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadisosial tələbatlarımızı ödəməyə, iqtisadisiyasi islahatları daha sürətlə aparmağa imkan yaradır.

Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi də möhkəmləndirir. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünyaAvropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.

Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxaracaq. Neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməyimiz yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. 1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub qaz dəhlizi” layihəsi isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Transanadolu Boru Kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. “Cənub qaz dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə “Cənub qaz dəhlizi”nin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində

TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq. 2015-ci ildə Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirilib. TANAP layihəsi “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. “Cənub qaz dəhlizi” ilə bağlı sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilməklə artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olub.

Ötən ilin fevralında Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci görüşü keçirilmişbu layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, bəyanat qəbul edilmişdi.

Qeyd edək ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb (“Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də keçirilib).

“Cənub qaz dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastrukturenerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda “Cənub qaz dəhlizi” üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir. XXI əsrin tarixi layihəsi olan “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi iştirakçı dövlətlərin maksimal fayda əldə etməsinə imkan yaradacaq.

Bakıda bu günlərdə “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilməsi də mühüm əhəmiyyət daşıdı. İclasda ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, həmçininCənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak etdilər. Avropa İttifaqı nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt QlayzerAvropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard daxil idi.

Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında bildirib: “Cənub qaz dəhlizi”nin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir. “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə 1996-cı ildə imzalanmışdır. Bunun özütarixi hadisə idi, çünki həmin vaxta qədər Azərbaycan yalnız neft hasil edən ölkə kimi tanınırdı. Lakin “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın - “Şahdəniz” və digər yataqlarının - təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub qaz dəhlizi” layihəsinin təməlini qoydu.

Bu, regionaldaha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edirbu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir”.

İclas çərçivəsində keçirilən dörd plenar sessiya və “dəyirmi masada enreji məsələləri müzakirə olundu. “Cənub qaz dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında bu enerji layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabat dinlənildi, layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları oldu, həmçinin “Qlobal enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusu geniş müzakirə edildi. Sessiyada “Cənub qaz dəhlizi”nin seqmentləri - Cənubi Qafqaz boru kəməri, “Şahdəniz-2” TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər də nəzərdən keçirildi. “Cənub qaz dəhlizi”nə qoşulmaq istəyən ölkələrin sayı artır. Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi “Cənub qaz dəhlizi” layihəsi üçün yeni perspektivlər açır. Həmin ölkələr layihəyə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər.

“Cənub qaz dəhlizi” Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi ölkəmizin yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir.

Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında ötən müddətdə görülən işlərlə bağlı bildirib: “Son dəfə biz ötən il ərzində Bakıda görüşmüşük. Həmin vaxtdan bəri bir çox hadisələr baş vermişdir, layihənin icrası ilə bağlı yaxşı irəliləyiş var. Mənə verilən son məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faizTransadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir.

Bununla yanaşı, Bakıdakı sonuncu görüşümüzdən bəri, növbəti böyük Abşeron qaz layihəsi üzrə işlərə başlanılmışdır. Biz yataqla bağlı praktiki işlərə, yəni, qazma işlərinə başlamağı planlaşdırırıq və Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı artıq hesablanıb. Abşeron yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaqdır.

Bu, ilk növbədə, bizim qaz potensialımızın “Şahdəniz” ilə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridironun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz - dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik”.

Son 13 ildə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Prezident İlham Əliyevin müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 25 fevral.- S. 1, 4.