“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci bəndə “43.3,” rəqəmlərindən sonra “127-1.2-ci (ikinci halda), 127-1.4-cü (ikinci halda), 127-1.6-cı (ikinci halda) və 127-1.8-ci (ikinci halda)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 4.15-1-ci bənd əlavə edilsin:
“4.15-1. həmin Məcəllənin 127-1.2-ci (ikinci halda), 127-1.4-cü (ikinci halda), 127-1.6-cı (ikinci halda) və 127-1.8-ci (ikinci halda) maddələrində “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” dedikdə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral
2017-ci il
Azərbaycan.-
2017.- 25 fevral.- S.2.