Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə 2016-cı il dekabrın 14-də Brazilia şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.3.